Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnikdən generala sərt ittihamlar


Arzu Rəhimov peşəkar zabitlərə müharibə elan edib


Səfərbərlik Xidmətində baş verən qanunsuzluqlar zabitləri ayağa qaldırdı; Arzu Rəhimovun qeyri-peşəkar idarəçilik sistemi ifşa olunur

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və bu idarənin rəisi, general-leytenant Arzu Rəhimov haqqında zaman-zaman mətbuatda yazılıb. Bir çox hallarda “etibarlı mənbəyə” və ya “adının çəkilməsini istəməyən şəxs”ə istinadən yayılan bu məlumatlar ola bilər ki, kimlərdəsə şübhə doğururdu. İndi isə uzun illər SHXÇDX-də çalışmış və yüksək rütbəli zabit danışır. Həm də konkret faktlar və ittihamlarla…

Bldirək ki, SHXÇDX-də baş verənlər və Arzu Rəhimovun əməlləri haqda bu günlərdə məlumat yaymışdıq və “Arzu Rəhimov sürücüsünü aldadıb evsiz qoydu” başlıqlı həmin yazımızda cumhuriyyet.az olaraq mövzunu davam etdirəcəyimizi bildirmişdik. Beləliklə SHXÇDX-nin sabiq idarə rəisi, polkovnik-leytenant Fəttahov Ağa redaksiyamıza açıqladığı ilginc faktlar əsasında apardığımız araşdırmanı diqqətinizə çatdıraq. İlk olaraq isə
Əfqanıstandan Qarabağa, sonra sərəncama göndərilən A.Fəttahov haqda qısa məlumat verək:

 Fəttahov Ağaverdi (Ağa) Xanağa oğlu 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Ali Hərbi Məktəbə daxil olan Fəttahov ilk hərbi xidmətini Ukraynada başlayıb, bunun ardınca Əfqanıstana gındərilən zabit 1985-87-ci illlərdə burda hərbi əməliyyatlarda iştirak edib və çox az sayda şəxslərdən olub ki, sağ olaraq Qırmızı Ulduz nişanına təltif görülüb. Əfqanıstan müharibəsindən sonra keçmiş Sovetlər Birliyinin ərazisində xidmətini davam etdirən Fəttahov 1990-cı ilin 20 yanvar hadisələrində sovet ordusunun Bakıda törətdiyi qətliama etiraz olaraq nümayişkəranə şəkildə paqonlarını qoparıb yerə atıb. Vətənpərvər zabit I Qarabağ savaşının ilk günlərindən Milli Ordu sıralarına qoşulub və peşəkar zabit kimi şərəfli döyüş yolu keçib. Savaşda göstərdiyi qəhrəmanlığa görə 1992-ci ilin mart ayında vaxtından əvvəl mayor rütbəsinə layiq görülüb.

1995-ci ildə ailə vəziyyəti ilə əlaqədar ordu sıralarından tərxis olunması üçün Müdafiə Nazirliyinə müraciət edən mayor Fəttahovun peşəkarlığı və xidməti nəzərə alınaraq o, hərbi komissarlıq sisteminə keçirilir və ŞuşaXocalı rayonlarının hərbi komissarı təyin olunur. Daha sonra 2006-cı ildə Lerik , 2008-ci ildə Tovuz rayonunun hərbi komissarı kimi çalışır. 2012-ci ilin avqustunda yaşa görə təqaüdə göndərilir. Hazırda istefada olan polkovnik-leytenant A.Fəttahovun açıqladığı faktları da elə onun təqaüdə göndərilməsindən SHXÇDX-də məşum 3 avqust müşavirəsi ilə bağlı məqamlardan başlayaq. 

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilən Arzu Rəhimov bir həftə sonra qalmaqallı müşavirə keçirir və bu müşavirədə SHXÇDX-nin 20-dək idarə rəisi vəzifəsindən azad edilir. Həmin müşavirədə təqaüdə göndərilən A.Fəttahov azad xidmət rəisinin qəzəbinə tuş gələnlər haqda cumhuriyyet.az-a geniş məlumat verib. Həmin şəxslərin bir çoxu Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, yəni müharibə dövrü üçün əvəzolunmaz peşəkar zabitlərdir:

1. Polkovnik-leytenant Sərkərov Səftər – Əfqanıstan və Qarabağ müharibəsi veteranı
2. Polkovnik-leytenant Hüseynov Rövşən – Əfqanıstan və Qarabağ müharibəsi veteranı
3. Polkovnik-leyntenant Muradov Akiv – Qarabağ müharibəsi veteranı
4. Polkovnik-leytenant Rəsulov Şahin
5. Polkovnik-leytenant Məmiyev Şikar
6. Polkovnik-leytenant Həsənov Sərdar
7. Polkovnik-leytenant Rüstəmov Rza

A.Rəhimov bu kadr repressiyasını Xidməti Aslan Aslanovun kadrlarından təmizləmə kimi təqdim etsə də gerşək səbəblər tam başqadır.

 Həmsöhbətimiz A.Fəttahov xidməti dövründə yalnız dövlətə və vətənə sədaqəti və heç bir qruplaşmaya daxil olmadığı haqda hər kəsin bildiyini deyir: “Mənim üçün bir hərbçi kimi əsas hədəf dövlət və millət maraqları olub. Kimlər hansı oyun oynadığını bilmirəm, amma mən hər zaman Azərbaycan dövlətinə xidmət etmişəm.” Bununla yanaşı A.Fəttahov şəxsən özünün təqaüdə göndərilməsi ilə bağlı da maraqlı məqamlara toxundu və bildirdi ki, əslində Arzu Rəhimov zabit heyətini aldadıb.

Həmsöhbətimizin sözlərinə görə, SHXÇDX yaranarkən və Arzu Rəhimov bu posta təyin olunarkən bir çox peşəkar zabitlər narazı qalıblar: “İlk əvvəl onu bildirim ki, hərbi çağırışın Müdafiə Nazirliyinin nəzarətindən çıxarılması haqda Ali Baş Komandana verilən təklif yerində deyildi. Çünki bütün hallarda çağırış hərbi nazirliyin fəaliyyətinin bir hissəsi olmalıdır. Müharibə vəziyyətində olan ölkə üçün isə bu xüsusən zəruridir. Səbəbi hansı amillərlə bağlı olduğu haqda danışmaq istəmirəm amma biz döyüş yolu keçmiş peşəkar zabitlər kimi bir çoxumuz Müdafiə Nazirliyində xidmətimizi davam etdirmək istərdik. Həmin vaxt Arzu Rəhimov bizə müraciət edi, birgə işləmək istəyində olduğunu bildirdi. Dedi ki, hər kəsin vəzifəsi saxlanacaq və vaxtında rütbəsi veriləcək. Nəticə isə budur. Xidmət rəisi faktik olaraq bizi aldatdı”

“Gedib ölmüş atama yenidən metirka alım?”

Yeri gəlmişkən, Arzu Rəhimovun daha bir qəribəliyi də tabeçiliyində olanların, idarə rəislərinin tərcümüyi-halı ilə bağlıdır. A.Fəttahov bildirir ki, A.Rəhimov SHXÇDX-yə rəis təyin olunduqdan 20 gün sonra rayon şəbələrinə təlimat verildi ki, hər bir idarə rəisi yenidən tərcümeyi halını yazıb göndərsin və bu tərcümeyi-halda mütləq atalarının harda anadan olduğu göstərilsin: “Baş İdarədən dəfələrlə zəng edib atanın anadan olduğu yeri göstərməyi unutmamağı dönə dönə tapşırdılar. Mən zabit kimi hərbi xidmət dövrümdə belə anormal bir təlimat görməmişdim. Bizim hər birimizin tərcümüyi halı şəxsi işimizdə var. Bir zabitin tərcümeyi halında nə dəyişə bilər ki, ünvanı və ailə vəziyyəti. Valideynlərimiz dəyişəsi deyil ki? Bu bir yana zabitin atasının harda anadan olması, həm də kəndin adına qədər müəyyənləşdirilərək onun əslən hansı bölgədən olduğunu bilməkdən başqa heç nəyə xidmət etmir. Bu peşəkarlıq və zabit şərəfi üçün yaraşmayan bir haldır. Mən də, atam da Bakının Nardaran kəndində anadan olmuşuq. Bununla da fəxr edirəm. Yox əgər bu fakt Arzu Rəhimovu qane etmirsə, onda hansı bölgəyə üstünlük verdiyini bildirsin, ölmüş atama gedim həmin bölgədə anadan olması haqda metirka(doğum şahadətnaməsi-red.) alım”.

Kadr islahatının pərdəarxası – rüşvət və havadarlar

Ağa Fəttahov Arzu Rəhimov vəzifəyə təyin olunduqdan sonra Səfərbərlik Xidmətindən uzaqlaşdırılan peşəkar zabitlər və müəmmalı şəkildə vəzifəyə təyinolunmalar haqda da ilginc məlumatlar verdi. Bütün bunlar haqda danışan polkovnik-leytenant bildirdi ki, həm təqaüdə göndərilmələrdə, həm də vəzifə təyinatlarında peşəkarlıqdan uzaq faktorlar rol oynayıb:

 “Məsələn, Aydın Namazov heç bir səbəb olmadan Səvərbərlik Xidmətinin Qəbələ rayon şöbəsindən azad olundu və bura Xidmət rəisinin öz adamı təyin olundu. Burda əsas məsələ Arzu Rəhimovun Qəbələdə daha çox istirahət etməsi mühüm rol oynamışdı. A.Rəhimov da Qəbələyə istirahətə gələrkən heç kəsin bundan xəbər tutmaması üçün bu kadr islahatını həyata keçirdi.

Yaxud da başqa bir məqama diqqət yetirək, bizim bir çoxumuz yaş faktoruna görə təqaüdə göndərilmişik amma yaşı bizdən də çox olan bir çox şəxslər yenidən vəzifəyə qaytarıldı. Hərbi sistemdə perespektivli və perespektivsiz zabitlər var. Arzu Rəhimov perespektivli zabitləri uzaqlaşdırıb, perespektivsiz zabitlərə vəzifə verib. Məsələn, Arzu Rəhimovun yaxın qohumu mayor Kazımov Rəşad xidməti uyğunsuzluqla Müdafiə Nazirliyindən tərxis olunsa da sonradan Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb. Sərhəd Xidmətindən xidməti uyğunsuzluğa görə tərxis olunan mayor Abbasquliyev Mədət də Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb. Arzu Rəhimovun ilk dövrlərdə, bizimlə birgə avqustun 3-də işdən azad etdiyi şəxslərdən biri də Səfərbərlik Xidmətinin Gəncə şəhər Kəpəz rayon idarəsinin rəisi Elxan Heydərov idi. Elxan Heydərov 200 min manat rüşvət müqabilində Aslan Aslanovun əli ilə hərbi polisdən komissarlıq sisteminə keçmişdi. Avqustun 3-də işdən azad olunduqdan sonra o 150 min manat müqabilində işə qayıdacağını dəfələrlə deyib. Doğurdanda qayıtdı. Əvvəl baş idarəyə sonra isə Qusar rayonuna rəis təyin olundu. Buna da etiraz edirdi. Bildirirdi ki, mən bu qədər pulu bu ucqarda işləmək üçün verməmişəm. O məqsədinə çatdı. Nə keçmiş hərbi komissarlıq sistemində, nə də Səfərbərlik Xidmətində görünməmiş hadisə baş verdi Elxan Heydərov 6 ay işlədikdən sonra Yevlax rayonuna təyin olunur. Mən rüşvətin birbaşa Arzu Rəhimova verildiyini iddia etmirəm. Amma ortada konkret faktlar var. Digər bir şəxs Emin Bağırov da pul müqabilində yenidən Səfərbərlik Xidmətinə qayıdıb.

Arzu Rəhimovun adı hallanan məhkəmə prosesi

Səfərbərlik Xidmətində rüşvət qalmaqalının pik nöqtəsi Arzu Rəhimovun sürücüsü Namiq Cəfərovla bağlı idi. Bu istiqamətdə həmsöhbətimiz A.Fəttahov danışmasa da apardığımız araşdırmalar da yeni faktlar üzə çıxarıb. Bu işdə adı hallanan bəzi şəxslərlə əlaqə saxladıq. Tərtər rayon idarə rəisi olan Rza Rüstəmov 30 min manat verdiyini və bu pulun 15 min manatının qaytarıldığını, Sevindik Xəlilov isə 180 min manat verdiyini və bu pulun 87 min manatının qaytarıldığını bildirdi. Bundan başqa cumhuriyyet.az olaraq öyrəndik ki, Ələddin İbrahimovun verdiyi 120 min manat pulun da 20 min manatı qaytarılıb. Bu istiqamtdə apardığımız araşdırmalarda onu da öyrəndik ki, küllü miqdarda pulları əlindən alınan Səfərbərlik Xidmətinin keçmiş rayon idarə rəislərinin iddiaları əsasında may ayının 1-də məhkəmə prosesi keçiriləcək.

Zamanında Arzu Rəhimov bu qalmaqallı işi ört-basdır etmək üçün bütün gücünü səfərbər etdi. Deyilənə görə, sürücü həbs olunarkən Xidmət rəisi Xanlar Vəliyevə minnətçi düşsə də hərbi prokuror onu qəbul belə etməyib və yalnız Sərhəd Xidmətinin rəisi Elçin Quliyev (o həm də A.Rəhimovun himayədarı kimi tanınır) işə qarışdıqdan sonra hərbi prokurorluq Arzu Rəhimova güzəştə gedib. Həmin vaxt SHXÇDX rəisi bu işdə adı hallanan rayon idarələrinin rəislərinə istintaqda susmağı tapşırıb və əvəzində onların vəzifədə qalacağını vəd edib. Amma bu vədə də əməl olunmadı. Məsələn, Tərtər rayon idarə rəisi olan Rza Rüstəmov 1 il 8 ay sərəncamda saxlanıldı (halbuki hərbi nizamnaməyə görə 3 aydan artıq sərəncamda saxlanmaya icazə verilmir) sonra isə vəzifəsindən azad edildi.

Səfərbərlik Xidmətində Yunus Əsgərli kabusu

Həmsöhbətimiz Ağa Fəttahov Arzu Rəhimovun başqa bir şakərindən də danışdı: “Bu şəxs elə bil özündən başqa general tanımır. Əvvəl general rütbəsində olan Novruzəli Orucov neytrallaşdırıldı, daha sonra müavin Zaur Abdullayev general rütbəsi aldıqdan sonra onun səlahiyyətləri məhdudlaşdırıldı. İndi Səfərbərlik Xidmətində Arzu Rəhimovun əsas adamı daxili Daxili Təhqiqat İdarəsinin rəisi Yunis Əsgərlidir. Bütün vurulacaq adamlar onun vasitəsi ilə sıradan çıxarılır. Y.Əsgərli hətta reket mətbuatda yer alan yazıları, anonim zəngləri belə fakt kimi sənədləşdirərək kadrların işdən azad olunmasına zəmin yaradır. Onun gizli dinləmələri, rüşvət əməliyyatları haqda Səvərbərlik Xidmətində çox olaylar baş verib. İndi bu şəxs A.Rəhimovun sağ əlidir və necə deyərlər onun kəsdiyi başa zaval yoxdur”

“Ciddi tədbirlər görülməlidir”

Səfərbərlik Xidmətində baş verən qanunsuzluqlar və peşəkar zabitlərə qarşı repressiya siyasətindən danışan Ağa Fəttahov sonda ölkə başçısına, güc strukturlarına üz tutaraq onlardan kömək istəyir: “Mən işdən çıxan gün Arzu Rəhimovun qəbulunda oldum bu qərarın səbəbini soruşdum. Dedi ki, “belə alındı, yığmısız bəsinizdi də”. Görünür Arzu Rəhimov hamını öz arşını ilə ölçür. Elə oradaca otağında ona dedim ki, məni başqası ilə səhv salmayın komissarlıq sisteminə gələndə 2 otaqlı mənzilim var idi, indi o da yoxdu. Mənim necə işlədiyimi hər kəs bilir. Bütün xidmətim boyu dövlətimə və vətənə qulluq əsas meyarım olub. Bu gün də peşəkar zabit kimi dövlətə yararlı olacağımı düşünürəm. Ali Baş Komandanın Azərbaycan torpaqlarının azad olunması, Azərbaycanın ordu gücünün yüksəldilməsi üçün əmr və tapşırıqlarına hər an hazıram. Elə buna görə də Müdafiə Nazirliyinə müraciət etmişəm və ümid edirəm ki, bizim kimi döyüş yolu keçmiş zabitlərin kənarda qalmasına ikan verilməyəcək. Dövlət bizim peşəkar zabit kimi yetişməmizə zaman və vəsait sərf edib. Yaşımız və bacarığımız imkan verir ki bu borcu dövlətə qaytaraq. Bu haqda qərarı yüksək komandanlıq verəcək, amma mən həm də bir zabit kimi Səfərbərlik Xidmətində baş verənlər haqda həyacan təbili çalıram. Ordumuzun gücünə daha da güc qatmaq üçün bu qurumla bağlı ciddi tədbirlər görülməlidir”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar