Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Polşa prezidenti Andjey Duda Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib


Təbrikdə deyilir: "Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Mən inanıram ki, Polşa ilə Azərbaycan arasındakı səmərəli əməkdaşlıq və dostluq münasibətləri dinamik inkişaf edərək ölkələrimizə və xalqlarımıza mühüm töhfə verəcək. Keçən ilin iyun ayında Polşaya səfəriniz sayəsində iki ölkə arasında əlaqələr ən yüksək səviyyədə yeni mərhələyə qədəm qoydu. Biz xüsusən də iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi vasitəsilə bu əlaqələri daha da genişləndirmək istərdik.

Əminəm ki, Sizin prezidentliyinizin yeni dönəmində Azərbaycan hərtərəfli inkişaf, həmçinin yeni strateji əməkdaşlıq razılaşması çərçivəsində Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi üçün əlavə imkanlar əldə edəcək. Ümidvaram ki, Azərbaycanın mühüm rol oynadığı bir neçə beynəlxalq infrastruktur və nəqliyyat layihələri regionun davamlı rifahını, təhlükəsizliyini və sabitliyini təmin edəcək.

Cənab prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində və uğurlu sosial-iqtisadi islahatların aparılmasında Sizə müvəffəqiyyətlər arzu edirəm.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar