Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşalı baykerlər Azərbaycanda qəzaya düşüb


Polşalı baykerlər qəzaya düşüb


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün 11:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayon Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Hicran Ələkbər qızı Qarabəyli idarə etdiyi “Prado” markalı 90-UF-696 dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək həmin yolla hərəkət edən baykerləri vurub.

Qəza nəticəsində H. Qarabəyli, baykerlər - Polşa Respublikasının vətəndaşları 1976-cı il təvəllüdlü Eyva Petrovski və 1964-cü il təvəllüdlü Pyotr Muravski müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Şəki rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, H. Qarabəylinin vəziyyəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Polşa Respublikası vətəndaşları E. Petrovski döş fəqərəsinin sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə, P. Muravski isə sağ biləyinin sınığı ilə cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı DİN-in Baş Dövlət Yol İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar