Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Postsovet məkanında üçüncü “oliqarx inqilabı”


Qərbin şok antiputin planı


Rusiyanın YUKOS neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovskinin xarici nəşrlərdə, eləcə də tədbirlərdəki antiputin çıxışları davam edir.
 
Publika.az-ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, M.Xodorkovski Berlində bir tədbirdə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini sərt tənqid edib.
 
“Vladimir Putin bədheybət milli-şovinizmi oyatdı” deyən keçmiş oliqarx hazırkı Rusiya dövlət başçısının 2003-cü ildə Rusiya cəmiyyətinin əksəriyyəti tərəfindən daha liberal olaraq tanındığını bildirib.
Prezident məşhurluğunu itirməyə başladı. Putin onun bərpası axtarışlarındadır, bu vəziyyəti tərpətməyə, onu dayandırmağa və geri çevirməyə başlayıb. Putin atdan yıxılmamağa çalışır. Amma bu mümkün deyil”, - deyə Xodorkovski vuğulayıb.
 
Xatırladaq ki, bir neçə gün əvvəl keçmiş oliqarx Rusiya prezidenti postuna namizəd ola biləcəyini deyib. O, horizontal şəbəkə strukturunun yaradıldığını elan edib. Bu şəbəkə, ölkənin bütün liberal etiraz güclərini birləşdirə biləcək. “Nezavisimaya gazeta” qeyd edir ki, keçmiş oliqarx onun hakimiyyətinə son qoymaq üçün Vladimir Putinin səhvini gözləyir.
“Məndə Rusiya prezidenti olmaq üçün maraq olmazdı, əgər mənim ölkəm normal inkişaf etsəydi.  Ancaq ölkə böhrandan çıxarılması, hakimiyyətin yenidən bölüşdürülməsi ilə bağlı konstitusiya islahatları keçirilməlidir. Bu halda isə işin bir hissəsini öz üzərimə götürməyə hazıram. Məndə ümid var ki, Putin hər hansı bir səhvi edəcək. Çünki bütün nüfuzlu rejimlər səhv edir. Mən Putinə qarşı düşmənçilik hiss etmirəm. Putin mənim üçün opponentdir, hansı ki, onunla vuruşmaq mənim üçün maraqlıdır", - deyə Xodorkovski İspaniyanın “El Pais” qəzetinə də müsahibəsində vurğulayıb.
 
Diqqətçəkən məqam budur ki, Putin tərəfindən çox ağır cəzalandırılan Xodorkovskinin antiputin bəyanatları Ukrayna münaqişəsi fonunda artmağa başlayıb. Ehtimal etmək olar ki, keçmiş oliqarxın bu bəyantları Qərbdəki xüsusi dairələr tərəfindən hazırlanıb. Xodorkovski açıq şəkildə bildirir ki, o, Putinin səhvini gözləyir və hakimiyyətə gəlməyə hazırlaşır. İlk baxışdan güman etmək olar ki, Qərb Xodorkovski ilə qorxutmağa çalışır. Digər tərəfdən isə bu, Qərbin düşünülmüş olanı ola bilməzmi? Tamamilə mümkündür?
 
Artıq postsovet məkanının iki ölkəsində oliqarxlar vasitəsilə hakimiyyət dəyişikliyi baş tutub. Gürcüstanda keçmiş oliqarx Bidzina İvanişvili Qərbin tələbəsi olan Saakaşvilinin hakimiyyətdən uzaqlaşdırdı. İvanişvili əksəriyyət tərəfindən də məhz Putinin adamı adlandırdı. Postsovet məkanında bu baxımdan ikinci təcrübə Ukraynada həyata keçirildi. Pyotr Poroşenko məhz ruspərəst Viktor Yanukoviçin yerinə gətirildi. Bu baxımdan oliqarxlarından istifadə etməklə hakimiyyət dəyişikliyinin üçüncü nümunəsi nədən Rusiyada həyata keçriilməsin?
 
Artıq bu istiqamətdə Qərb mediasının fəaliyyətə keçdiyi də görünür. M.Xodorkovskiyə səhifələrində  geniş yer ayırması, antiputin tədbirlərə dəvət edilərək çıxış üçün söz verilməsi bu fəaliyyətin yalnız bir qoludur. Qərb mediasında gedən yazılarda Rusiya oliqarxlarının Kremlin xarici siyasətindən narazı olduğu bildirilir.  
 
Rusiyalı politoloq Andrey Piontkovski Litva səfərində delfi.lt saytına verdiyi müsahibədə də bu məqama toxunub. “Əlbəttə, milyarderlər nəhəng pullar itirirlər. Onlarda sual yaranır ki, niyə biz bütün bunlara bir insanın (Putinin-Ö.D.) ambisiyalarına görə dözməyə məcburuq?” – deyə rusiyalı politoloq bildirib. O, həmçinin sadə xalqın da Putinin siyasi ambisiyalarına narazılığının artdığını qeyd edir.
Heç kimə sirr deyil ki, Rusiya oliqarxları ölkənin iqtisadi həyatında həlledici rol oynayır və siyasi qərarlara da kifayət qədər təsir edirlər. Belə demək mümkünsə, Qərbdə Putinin siyasətindən narazı olan oliqarxların artıq M.Xodorkovski ətrafında birləşdirilməsi prosesi başlayıb.
 
Qərbin Xodorkovski planı uğurlu alınarsa, yaxın vaxtlarda Gürcüstan və Ukrayna nümunələrini Rusiyada da müşahidə edə bilərik.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar