Bundesliqa təmsilçisi "Hoffenhaym" "Lester"in hücumçusu Andrey Kramariçin transfer hüququna yiyələnib
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, bu barədə klub xəbər yayıb.
Almanlar Xorvatiya millisinin üzvü ilə 4 illik müqavilə bağlayıblar.
Qeyd edək ki, Kramariç 2015/16 mövsümünün ilk dövrəsini "Lester"də keçirib. 24 yaşlı hücumçu mövsümün ikinci dövrəsində "Hoffenhaym"a icarəyə verilmiş, burada keçirdiyi 15 oyunda 5 qola imza atmışdı.
pia.az