Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Mavritaniya və Albaniya liderlərini təbrik edib


Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd uld Əbdüləzizəni bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib


Təbrik məktubunda deyilir:

“Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.
 
Bundan başqa prezident İlham Əliyev Albaniya prezidenti Buyar Nişaniyə də təbrik məktubu ünvanlayıb: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Əminəm ki, Azərbaycan-Albaniya əməkdaşlığı, xüsusən də enerji sahəsində atdığımız addımlar ikitərəfli münasibətlərimizin inkişafına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
 
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim sülh və firavanlıq arzulayıram”.(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar