Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident fərman imzalayıb


Prezident İlham Əliyev “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb


Fərmana əsasən, ölkənin geoloji keçmişinin, flora və faunasının, insanın formalaşması və mədəni inkişafı tarixinin, qədim və müasir dövrlərdə ekoloji şəraitin nümayiş etdirilməsinin daha səmərəli təşkili məqsədi ilə dövlət başçısı aşağıdakıları qərara alıb:
 
Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası” təsdiq edilsin (əlavə olunur).
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyi yaradılsın.
 
Nazirlər Kabinetinə tapşırılıb ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyanı nəzərə almaqla, AMEA nəzdində Təbiət Tarixi Muzeyinin nizamnaməsini və strukturunu Azərbaycan  prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
 
Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyaya uyğun olaraq AMEA nəzdində Təbiət Tarixi Muzeyinin fəaliyyətə başlaması üçün Azərbaycan prezidentinə məlumat verməklə AMEA ilə birlikdə zəruri tədbirlər görsün;
 
2015-ci il və sonrakı illər üzrə AMEA nəzdində Təbiət Tarixi Muzeyinin Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;
 
Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə AMEA nəzdində Təbiət Tarixi Muzeyi üçün zəruri yer ayrılmasını dörd ay müddətində təmin etsin.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi AMEA ilə birlikdə bu Fərmanın 3.2-ci bəndində göstərilən müddətdə AMEA nəzdində Təbiət Tarixi Muzeyinin zəruri eksponatlarla təchiz edilməsini təmin etsin.(APA)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar