Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident orta məktəbdə olub


Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 54 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.


Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər hər il olduğu kimi, bu il də davamlı olaraq həyata keçirilir.

Təhsil, səhiyyə, mədəniyyət müəssisələri əsaslı şəkildə yenidən qurulur, yeni-yeni məktəb binalarının və uşaq bağçalarının inşası uğurla həyata keçirilir.


Bakı Şəhər İcra Hakimiyyətin başçısı Hacıbala Abutalıbov 54 nömrəli tam orta məktəbdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.


Qeyd edildi ki, bu məktəbin binası 1976-cı ildə inşa olunub. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. 56 sinif otağı olan məktəb 1076 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində 54 nömrəli tam orta məktəbin binası əsaslı şəkildə yenidən qurulub. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində təmir edilib. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
 
Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin 1 hektar yarım həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.


Dövlətimizin başçısı sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar