Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident seçkisi İran cəmiyyətini böləcəkmi?


Siyasi elitanın ittihamları gərginliyi artırır


Əli Haşim

"Al-Monitor"

İran prezidenti Həsən Ruhani ikinci dönəmə can atır və buna görə də 19 May seçkiləri özlüyündə məhz ona etimadı ehtiva edir. Ruhaninin köməkçiləri, görünür, perspektivə şübhə etmirlər. Onların fikrincə, bu hökumət dörd il bundan əvvəlki vəziyyəti yaxşılaşdırmaq üçün demək olar ki, əlindən gələni edib.

"Bu doğrudur ki, bütün vədlər yerinə yetirilməyib, lakin həmin çətin illərdə qazanılan nailiyyətlərin sayını qeyd etmək vacibdir", – deyə Ruhaninin düşərgəsinə yaxın siyasi mənbə anonimlik şərti ilə "Al-Monitor"a bildirib .

O, əlavə edib: "Nüvə müqaviləsinin imzalanma anından təxminən bir il keçib. Hər şeyin zamana ehtiyacı var, lakin insanlar fərqləri görə bilmirlər: biz əvvəlkindən daha çox neft ixrac edir və daha çox investisiya qazanırıq və yaxın aylarda istehlak malları da artacaq".

Ruhani təəssübkeşlərinin fikrincə, onun mühafizəkar rəqibləri bilirlər ki, yaxın aylarda ölkənin iqtisadi şərtləri yaxşılaşacaq. "Onlar bu hökumətin uğurlarına sahib olmaq istəyirlər. Demək olar ki, hər şey sabotaj edib, prezident və onun hökumətinə hücum edir və hakimiyyətə gələndə, ölkəni xilas etdiklərini iddia etmək niyyətindədirlər. Həm də bu hökumətin təsir alətləri və uğurları ilə. Onların hətta dəqiq dəyişiklik proqramı yoxdur", – mənbə bildirib.

Bu, 1979-cu ilin İslam İnqilabından sonra İranda 12-ci prezident seçkiləri, o cümlədən parlament, Ekspertlər Məclisi və bələdiyyə seçkilərini də nəzərə aldıqda 36-cı seçki olacaq. Mayın 19-da İranda paralel olaraq şəhər və kənd məclislərinə seçkilər keçiriləcək.

Namizədliklərin irəli sürülmə prosesi aprelin 15-də bitib və 1600 nominantdan Nəzarətçilər Şurası aprelin 20-də altı namizədli seçkidə iştiraka buraxıb. Bu fenomenə nəzərən Ayətullah Nasir Məkarim Şirazi namizədlərin çoxluğunu tənqid edib və bildirib ki, bəzi adamlar rejimi ələ salmağa çalışırlar. Lakin Tehran Universitetinin professoru Zeynəb Qasimi hesab edir ki, seçkilər üçün müxtəlif siyasi xadimlərin qeydiyyatı rəqabətin dinamikasını artıb.

Qasimi "Al-Monitor"a bildirib: "Media seçkilərin gərginləşməsində mühüm rol oynayır. Namizədliklərin irəli sürülməsi və qeydiyyatı prosesi KİV-lərdə və sosial media işıqlandırılğı üçün ictimai fikrin ona marağı və fəallığı artıb".

Yalnız iki namizəd Ruhanini məğlub etməyə qabil görünür: səkkizinci şiə imamının müqəddəs türbəsinin himayəçisi İbrahim Rəisi və Tehranın bələdiyyə başçısı Məhəmməd Baqir Qalibaf.

Rəisi Ruhaniyə ən ciddi təhlükə sayılır.

İslam İnqilabından bəri Rəisi və Ruhaninin ictimai-siyasi xidmət yolları çox oxşar olub. Rəisi Ruhanidən 12 yaş kiçikdir, lakin kifayət qədər köhnə siyasətçidir. Hər ikisi Ekspertlər Məclisinin üzvüdür və buna görə də yüksək ixtisaslı ruhani sayılırlar. Həm ikisi müctəhiddir.

Ruhani Şotlandiyada, Qlazqodakı Kaledoniya Universitetində konstitusiya hüququ üzrə doktorluq elmi dərəcəsi alıb; Rəisi Tehranda Şəhid Mütəhhəri Universitetinin İslam hüququ və hüquq üzrə doktorluq dərəcəsi alıb. Amma Ruhaninin real üstünlüyü dövlət qulluğundakı stajıdır: o, 1980-ci ildə Məclis üzvü olduqdan bəri siyasətdə böyük təcrübə qazanaraq 2013-cü ildə prezidentlik zirvəsinə çatıb.

Rəisinin adı ali dini lideri Ayətullah Əli Xamneinin favoritlərindən biri kimi hallanır, lakin onun əsas mənfi cəhəti gündəlik siyasi təcrübəsinin yoxluğudur – 56 yaşlı ruhaninin prezident kimi əsas çatışmazlığı.

İbrahim Rəisi tərəfdarları üçün bu, problem deyil.

"Seyyid Rəisi İranda dəyişiklik etməyə çalışır. O, hər hansı bir partiya və ya siyasi hərəkatın təmsilçisi deyil. O, bütün bu illər, təsərrüfatsızlıq və korrupsiya dövründən sonra ölkəyə rifah gətirmək istəyir, – seçki prosesində fəal iştirak edən bir prinsipçi mənbə "Al-Monitor"a bildirib. – Seçkilərdən altı ay əvvəl, prinsipçiləri birləşdirmək üçün heç bir real namizəd yox idi. Bütün digər şəxslər hörmətli siyasətçilərdir, amma Seyyid Rəisinin adı bəzi gənc fəallar tərəfindən təklif edilənə qədər birləşmə ehtimalı mümkün deyildi".

Mənbənin sözlərinə görə, Rəisiyə bu məzmunda mesaj göndərilib, o isə cavab verib ki, məsələni öyrənəcək. Sonradan ona prezidentliyə namizəd olmaqla bağlı çoxlu təkliflər gəlib.

"O, İranın siyasi həyatında real dəyişiklik etmək üçün vaxtın yetişdiyini düşünüb, JAMNA ("İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi") namizədi omağa razılıq verib. Lakin bu, hələ onun prinsipçilər düşərgəsində hissəsi olduğu demək deyil. O, bütün fraksiyalarla bərabər məsafədə durur və digər fraksiyalar da onun namizədliyini qəbul edəcək".

Bu sayaq ritorikaya baxmayaraq, bəzi analitiklər belə bir konsensusa İranda çatmanın çox çətin olduğuna inanırlar. Ölkədə iki əsas – islahatçı/mötədil və prinsipçi cərəyanların tərəfdarları arasında bölünmə on il əvvəlkindən artıq dərəcədə dərin görünür. Ölkədə post-2009 seçkiləri dövründə siyasi elita daim antidövlət və antiinqilab ittihamları kimi sərt üsulların istifadəsinə doğru meyllənir. Buna korrupsiya və xəyanət ittihamlarını da əlavə edin.

Qasimi bu baxımından fərqli rəyə malikdir. "Mən yüksək səviyyəli rəqabətin İran cəmiyyətində bölünmə və ya ayrılma simptomu olduğunu düşünmürəm", – deyə o bildirib və vurğulayıb ki, siyasi rəqabət səviyyəsi aşağı olan ölkələrdə bu ehtimal daha çoxdur. Xanım Qasimi əlavə edib: "İranda, xüsusilə son iki onillikdə, prezident seçkiləri zamanı ritorika, tənqid, debatlar və mətbuat konfransları xeyli qızğın keçib və ölkə Ayətullah Əli Əkbər Haşimi Rəfsəncanidən Məhəmməd Xatəmi, Mahmud Əhmədinejaddan Həsən Ruhaniyə qədər bu cür gərginliklərin şahidi olub. Bu keçidlərin hər biri bircə namizədin iştirak etdiyi seçkilər və ya hərbi çevrilişlə yox, rəqabətli seçkilərlə baş verib".(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar