Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident və xanımı BMT-də ümumi müzakirələrin açılışında


Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban ƏliyevaLeyla Əliyeva tədbirdə iştirak ediblər.

Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quttereş hazırda dünyada bir çox problemlərin olduğunu vurğuladı, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirdi. Qaçqınların sayının artması, miqrasiyanın çağırışları, insan alveri, iqlim dəyişikliyi və digər mövcud qlobal problemlərə toxunan BMT-nin Baş katibi əminliyini ifadə etdi ki, yalnız birlikdə sülhə nail olmaq və qarşılıqlı etimadı bərpa etmək mümkündür.

BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak dünyada davam edən münaqişələrin ən çox sadə insanlara ziyan vurduğunu dedi. O, yoxsulluq, iqlim dəyişikliyi, beynəlxalq terrorizmin çağırışları ilə bağlı fikirlərini bölüşdü, bu problemlərin insanların həyatına birbaşa təsir etdiyini vurğuladı. Miroslav Layçak qeyd etdi ki, sülhün təmin edilməsi və müharibələrin qarşısının alınması BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.

Sonra Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer müzakirə olunan mövzularla bağlı fikirlərini bölüşdü.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp BMT-nin fəaliyyətinin daha da səmərəli olmasının vacibliyinə toxundu. O, vurğuladı ki, dövlətlər xalqların maraqlarını və gələcəyini müdafiə etməlidir. ABŞ Prezidenti dedi ki, biz birlikdə çalışmalıyıq və təhdidlərə qarşı bir olmalıyıq. Donald Tramp Türkiyə, İordaniya və Livana Suriyadan olan qaçqınları qəbul etdiklərinə görə minnətdarlığını da bildirdi.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar