Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident və xanımı məktəbin açılışında


İlham Əliyev məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi


Sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlayıb. “Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açıb. 

Bu il bir çox yeni məktəblər və yenidən qurulub, əsaslı təmir olunan təhsil ocaqları istifadəyə verilib. Belə təhsil müəssisələrindən biri də Bakının Şağan qəsəbəsində yeni inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdir.

“Bilik Günü” bu məktəbin müəllim-şagird kollektivi üçün ikiqat əlamətdar oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbin açılışında iştirak etdilər.

Prezident İlham Əliyev əvvəlcə məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi.

Sonra dövlətimizin başçısı və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə idi. Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik etdi.

Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Sonda xatirə şəkli çəkdirildi.(Azərtac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar