Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident yeni səfirin etimadnaməsini qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevin etimadnaməsini qəbul edib


PİA.AZ AzərTac-a istinadən xəbər verir ki, səfir Beybit İsabayev fəxri qarovul dəstəsinin qarşısından keçib Beybit İsabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

 Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Xalqlarımız arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlətimizin başçısı müasir dövrdə ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə qalxdığını məmnunluqla qeyd edib. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini vurğulayib.

İlham Əliyev Azərbaycan ilə Qazaxıstanın mühüm birgə iqtisadi, enerji, nəqliyyat layihələrini həyata keçirdiyini deyərək bütün bunların əməkdaşlığımızın potensialının daha da gücləndirilməsi işinə xidmət etdiyini bildirib. Prezident İlham Əliyev Xəzərin statusunun müəyyənləşdirilməsi və Xəzər hövzəsində əməkdaşlıqla bağlı Azərbaycan ilə Qazaxıstan arasında tam qarşılıqlı anlaşmanın olduğunu diqqətə çatdırıb.

Prezident Beybit İsabayevin səfir kimi fəaliyyəti dövründə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və ölkələrimizin regional əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə səylərinin daha da artırılacağına ümidvar olduğunu deyib.

Dövlət başçısı səfir Beybit İsabayev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırıb. Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirən səfir Beybit İsabayev fəaliyyəti dövründə əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

İlham Əliyev prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar