Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentdən İrəvana barıt qoxulu sülh ismarıcı


İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika ola bilər”


 “Ərazi bütövlüyümüz məsələsində heç vaxt güzəşt olmayacaq” deyən ölkə başçısı hərb variantının da daima masa üzərində olduğuna diqqət çəkdi; Azərbaycan rəhbərinin son açıqlamaları həmsədrlərə də xəbərdarlıq mesajıdır, çünki...

Azərbaycan prezidenti İlham Əliyevin “Bağlı qapılar arxasında Dağlıq Qarabağı tanımaqla bağlı bizə təzyiqlər edilir” açıqlaması erməni tərəfində müəyyən eyforiya yaratsa da, bu, kiçik və keçici bir sevinc oldu. Çünki düşmən bir daha anladı və əmin oldu ki, məsələdə əsas söz, hər halda, Bakıya məxsusdur, İrəvana yox. Yəni istənilən həll modeli Azərbaycanın razılığı alınmadan mümkün olmayacaq. 

Azərbaycanın mövqeyi isə bəllidir. Onu ölkə başçısı İlham Əliyev iki gün öncə, Müstəqillik Günü ilə bağlı etdiyi çıxışında, ardınca isə Rusiyanın “Sputnik” agentliyinə verdiyi müsahibəsində bir daha bəyan edib. Öncə çıxış barədə.

*****
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimiz dəyişməz olaraq qalır”. Bu sözləri prezident dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, belə bir mövqe hazırda daha çox beynəlxalq dəstək qazanır: “Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

Prezident çıxışında daha sonra diqqəti münaqişənin mümkün həll yollarına yönəldib və hərb variantını da istisna etməyib. “Biz bu problemi həll etməliyik. Bunun həm diplomatik yolları var, həm DİGƏR yolları (seçdirmə bizimdir-red.). Biz ordu quruculuğu istiqamətində çox böyük addımlar atmışıq. Bu gün beynəlxalq ekspertlər də qeyd edir ki, Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır... Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan ordusunun gücünü bir daha göstərdi. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin”.

“Razılaşa bilsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər”. Bu sözləri isə ölkə başçısı “Sputnik” agentliyinə müsahibəsində deyib. Prezidentin sözlərinə görə, Dağlıq Qarabağla bağlı qarşılıqlı kompromis mövcuddur və region muxtar respublika ola bilər. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə konfliktin həllini real saydığını söyləyib (APA).

Dövlət başçısına görə, Dağlıq Qarabağdakı əhalinin təhlükəsizliyi, həyat və fəaliyyəti, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın dinc, sülh şəraitində birgə yaşayışı yolu ilə məqbul kompromislər mümkündür: “Münaqişənin həllini biz belə  görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir.  Lakin məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk Qrupu yaranandan bəri danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır”. 

Prezident ardınca deyib: “Bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdır. Çünki onlar orda çoxdan yaşayırlar: erməni əhali 200 il, azərbaycanlılar daha çox. Lakin məsələ təkcə bunda deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır. Erməni əhali Dağlıq Qarabağda yaşayırdı, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdi, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox”. 

Ölkə başçısı xüsusi vurğulayıb ki, Azərbaycanla münasibətlər normallaşmadan regionda inkişaf ola bilməz: “Onlar (ermənilər-red.) daim təzyiq altında yaşayacaqlar ki, birdən nəsə baş verdi. Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir, lakin biz öz torpaqlarımızı geri istəyirik. Ermənistan isə başqasının ərazilərini geri vermədən sülh istəyir. Fərq bundadır”.        

Prezident bir daha qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis olmayacaq: “Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələsində güzəşt mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

*****

Beləliklə, ölkə başçısı bir daha işğalçı tərəfi, İrəvanı problemin dinc yolla çözümünə çağırıb. Eyni zamanda ilk dəfə olaraq ən optimal, hamını qane edəcək həll formulunu açıq şəkildə bəyan edib, Dağlıq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinə, rifahına dövlətimiz adından tam təminat vəd edib, ən əsası, Azərbaycanın heç vaxt adlaya bilməyəcəyi “qırmızı xətti göstərib” - muxtar respublika. Əks halda, Azərbaycanın radikal üsula əl atmaq zorunda qalacağı haqda da İrəvana aydın mesaj göndərib, düşmənə xəbərdarlıq edib. Bundan artıq nə deyilməlidir ki? 

Bu, həm də Minsk Qrupu həmsədrlərinə aydın bir ismarışdır ki, nəticəsiz vasitəçilik fəaliyyətinə son qoyub real işlə məşğul olsunlar, Azərbaycanın hara kimi güzəştə gedə biləcəyinin fərqinə varsınlar, qeyri-real həll modellərini kənara atsınlar. Əks təqdirdə, Azərbaycan prezidentinin də xəbərdarlıq etdiyi kimi, münaqişənin “digər həll yolları” işə düşəcək və buna görə məsuliyyəti vasitəçi dövlətlər də bölüşməli olacaq. Çünki Azərbaycan işğal rejiminin sonsuzadək uzanması ilə heç vaxt barışmayacaq. 

Ölkə başçısının son açıqlamalarındakı mühüm mesajlardan biri də elə budur. Söz indi qarşı tərəfin, həmsədrlərindir. Top artıq onların tərəfindədir...   (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar