Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Münhen görüşlərinin Azərbaycan üçün önəmi


“Ölkənin beynəlxalq aləmdə yeri möhkəmlənir, rolu artır, Qarabağ məsələsində mövqeyimiz güclənir...”


Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev fevralın 17-19 aralığında keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra mühüm görüşlər keçirib. 

Ölkə başçısı o sırada İsrailin müdafiə naziri Aviqdor Liberman, Türkiyə baş naziri Binəli Yıldırım, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, həmçinin, Kiyev şəhərinin meri Vitali Kliçko, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.


Dövlət başçısı habelə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə bir araya gəlib, enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masaya, digər toplantılara qatılıb. Tədbir çərçivəsində Azərbaycan prezidenti “Əl-Cəzirə” televiziyasına geniş müsahibə də verib. Əsasən, Dağlıq Qarabağ problemindən danışandan ölkə başçısı Azərbaycanın xarici dövlətlərlə əlaqələri, eləcə də, bir sıra önəmli məsələlərlə bağlı mühüm açıqlamalar da verib.


Ekspertlər İlham Əliyevin Münhen səfərinin Azərbaycan üçün xüsusi əhəmiyyətinin olduğunu qeyd edir, regional təhlükəsizlik baxımından bu səfərin ölkəmiz adına gələcəkdə müsbət töhfələr verəcəyini vurğulayırlar.


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Münhen Təhlükəsizlik Konfransında təkcə təhlükəsizlik məsələlərin müzakirə edilmədiyini söylədi: “Buraya toplaşan dövlət başçıları həm də ikili münasibətlərlə bağlı fikir mübadiləsi apardılar, gələcək sazişlərin imzalanması üçün bir növ bünövrə qoydular. İsrailin müdafiə naziri ilə görüş ölkəmiz üçün prinsipial əhəmiyyətə malikdir. Bu şəxs əvvəllər SSRİ-də yaşamış şəxsdir və Azərbaycanı çox gözəl tanıyır. O xalqımıza çox böyük hörmətlə yanaşır. Azərbaycan-İsrail arasındakı münasibətlər uzun müddətdir ki, yüksələn xətt üzrə gedir. Baş nazir Netanyahunun Bakı səfəri çox böyük əhəmiyyət kəsb edib. Gizlətmirik, Azərbaycan bu dövlətdən modern silahlar alır. Bununla ölkəmiz müdafiə sistemini daha da möhkəmləndirir. Artıq silahların bir hissəsi əldə olunub. Silahların alınması prosesi davamlı olacaq. Azərbaycan hərbi sənayesini formalaşdırmaq niyyətindədir. Hər iki tərəf üçün münasibətlər əhəmiyyətlidir. Ölkə başçısı Türkiyənin baş naziri ilə də görüşdü. Bu görüşün də mühüm əhəmiyyəti var. Qardaş ölkə bir nömrəli müttəfiqimizdir. Binəli Yıldırımla görüşdə çox güman ki, son durum müzakirə edilib. Ermənilərin danışıqlar prosesindən çəkilməsi, qondarma ”Dağlıq Qarabağ Respublikası"nda referendum məsələsi, bütövlükdə problemin həlli ilə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin gələcək perspektivləri müzakirə edilib. Türkiyə Cənubi Qafqazda ictimai-siyasi proseslərə nəzarət edən regional dövlətlərdən biridir, hərbi, iqtisadi və siyasi bir gücdür. Bu güclə Rusiya kimi bir nəhəng dövlət hesablaşmaq məcburiyyətindədir. Bu baxımdan Azərbaycan-Türkiyə əlaqələrinin daim inkişaf etdirilməsi gələcəkdə Qarabağ probleminin həllində mühüm rol oynaya bilər".



Politoloq İ.Əliyevin konfrans çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakının da mühüm əhəmiyyətə malik olduğu qənaətindədir: “Qərb dövlətləri, xüsusilə, Amerika Azərbaycanın enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılmasına böyük əhəmiyyət verir. Azərbaycanın Avropanın neft ehtiyaclarını bir hissəsini ödəyir. Konfransda Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu hamı gördü. Yəqin ki, bunu alqışladılar. Bir sözlə Münhen konfransı ölkəmiz üçün çox uğurlu oldu. Ölkə başçısının buradakı fəallığı, apardığı danışıqlar, danışıqlarda nümayiş etdirdiyi siyasi intellektual qabiliyyət zənnimcə, Azərbaycanın gələcəyi üçün çox böyük perspektivlər açacaq”.


Q.Hüseynli regional təhlükəsizlik baxımından da Münhen konfransını ölkəmiz üçün dəyərləndirdi: “Bu məsələ də çox prinsipial əhəmiyyətə malikdir. Azərbaycan-Ermənistan münasibətləri, Ermənistanın torpaqlarımızı işğal etməsi artıq dünya tərəfindən daha aydın şəkildə qəbul edilir. Konfransda ölkə başçısının bu məsələləri bir daha diqqətə gətirməsi, bununla bağlı çıxışı problemin postsovet məkanındakı digər problemlər kimi qavranılmasına xeyli köməklik göstərdi. Son zamanlara qədər belə fikir var idi ki, Gürcüstan, Moldovanın ərazi bütövlüyü ilə bağlı məsələdə tərəddüdlər olmur, amma Azərbaycana gəldikcə bəziləri Qarabağ problemini əlahiddə bir problem kimi qələmə verməyə çalışır. Azərbaycan bu istiqamətdə ciddi işlər aparır. Münhen görüşləri bu istiqamətdə mühüm rol oynadı. Ölkəmizin ərazi bütövlüyünü sual işarəsi altına qoyan dövlətlərin sayı getdikcə azalır. Rusiya və onun ətrafındakı dövlətlər, həmçinin, Fransa istisna olmaqla, münaqişənin həlli ilə bağlı artıq ikili standartlar aradan qalxmağa başlayır. Problemin ərazi bütövlüyü çərçivəsində həlli aparıcı mövqe tutmağa başlayıb”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar