Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin bu sərəncamı tranzit yükdaşımanı stimullaşdıracaq


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Sərəncamı şərh edib.

Sənəddə qeyd olunur ki, ölkə iqtisadiyyatının bütün sferaları üzrə həyata keçirilən islahatların səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xarici sahibkarlar üçün əlverişliliyinin təmin edilməsi məqsədilə vergi sistemində də dövrün tələbinə uyğun bir sıra zəruri dəyişikliklər həyata keçirilib.

Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit yükdaşımalarının, həcminin sahibkarlar üçün gəlirlərin atması deməkdir.

Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsini sürətləndirmək və effektivliyi təmin etmək üçün Prezident Nazirlər Kabinetinə 3 ay vaxt verib. Bu müddət ərzində Nazirlər Kabineti aktların yeni vergi Qanununa uyğunlaşdırılması barədə təkliflərini dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılması barədə Prezidentə məlumat verməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılmasının beş ay müddətində həyata keçirilməsinə də Nazirlər Kabineti nəzarət etməli və ölkə Prezidentinə məlumat verməlidir. Bu normativ aktların Qanuna uyğunlaşdırılmasını isə Ədliyyə Nazirliyi həyata keçirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar