Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin də izlədiyi veriliş niyə bağlanır?


2013-cü ildən Azərbaycan Dövlət Televiziya kanalının efirində yayımlanan “Parlaq Zəka” verilişinin çəkilişləri və yayımı dayandırılıb


PİA.AZ modern.az-a istinadən xəbər verir ki, 9 fevral tarixində verilişin rəsmi “Facebook” səhifəsində aşağıda qeyd olunan mətn yerləşdirilib. Mətndən göründüyü kimi, hal-hazırda verilişin oyunları yayımlansa da, verilişin çəkiliş mövsümü başa çatmadan dayandırılma səbəbi əsaslı şəkildə göstərilməyib.

“Hörmətli tamaşaçılar, “Parlaq Zəka” verilişinin çəkilişləri və efirdə yayımlanması təxirə salınır. 2013-cü ildən “Parlaq Zəka” intellektual verilişi efirdə yayımlanmaqdadır. Bu müddət ərzində müxtəlif ali təhsil müəssisələrindən 6 tələbə qalib olmuş, 2 tələbə xaricə təhsil almağa göndərilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, 2016-cı ilin mart ayından etibarən nəzərdə tutulan çəkiliş və efirdə yayımlanma təxirə salınır. Növbəti çəkiliş ilə bağlı əlavə məlumat veriləcək”.

Maraqlı məqam odur ki, yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə bəyəndiyi, dəstəklədiyi və şəxsən izlədiyi televiziya verilişləri arasında “Parlaq Zəka”nı da vurğulamışdı.

“İntellektual oyunların Azərbaycanda keçirilməsi və xüsusilə televiziya vasitəsilə göstərilməsi çox böyük effekt verir. Misal üçün, “Nə? Harada? Nə vaxt?”, “Xəmsə”, ondan sonra “Brain Ring” - onları mən indi vaxtaşırı televiziyada izləyirəm. Bundan başqa, “Parlaq zəka”, “Mən azərbaycanlıyam”. Deyə bilərəm ki, bir çox kanallarda intellektual oyunlar keçirilir. Bir çox yaxşı verilişlər var”, - deyə İlham Əliyev qeyd etmişdi.

Bundan əlavə, 2009-cu ildə akademik Ramiz Mehdiyevin efir problemlərinə həsr olunmuş məqaləsində adı əks olunmuşdu.

Layihənin pərəstişkarları da baş verənlərə münasibət bildiriblər. Sosial şəbəkələrdə #YaşaParlaqZəka haştaqı altında gənclər verilişə dəstək sözlərini yazırlar.

Sözügedən veriliş “SYNERGY” Groupun dəstəyilə Şəmkir şəhərində çəkilir. Qeyri-rəsmi mənbələrin məlumatına əsasən verilişin dayanma səbəbləri sponsorun maliyyə çətinlikləridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar