Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin xəbərdarlığı nazirliyi hərəkətə gətirdi


Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev ötən gün Mingəçevir şəhərinə səfəri zamanı ölkədə baş verən süni qiymət artımı hallarından danışıb


Dövlət başçısı çıxışı zamanı qiymətləri süni şəkildə qaldırmağa cəhd edən şəxslər barəsində çox ciddi təbirlərin görüləcəyini bəyan edib.

Ölkə başçısı qeyd edib ki, süni qiymət artımına yol verilməməsi ilə bağlı bütün qurumlara göstərişlər verilib: “Son illər ərzində istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir... Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaqdır”.

Ölkə başçısının bu tapşırığından sonra İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımı ilə bağlı ciddi tədbirlərə başlayıb.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev azvision.az-a açıqlamasında bildirib ki, indiyədək aparılan monitorinqlər zamanı qiymət artımına rast gəlinməyib. A.Əliyev qeyd edib ki, prezidentin tapşırığına uyğun olaraq bu kimi hallara qarşı ciddi tədbirlər görüləcək, qiymətləri süni şəkildə artıran şəxslər akşar edildiyi halda onlar barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək: “Süni qiymət artımına qarşı monitorinqlər keçiririk. Hələ ki, süni formada qiymət artımı halları ilə rastlaşmamışıq. Belə hallar aşkar edilərsə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ən ciddi tədbirlər görüləcək. Artıq dərman məhsulları və çörəklə bağlı heç bir problem yoxdur. Əsas diqqət hazırda ərzaq məhsullarının qiymətlərinə yönəldilib. Tütün məmulatları o qədər də önəmli məhsul deyil. Bizim "qaynar xətt"imiz 195-2-dir. Kimlərin qiymət artımı ilə bağlı şikayəti varsa, həmin nömrəyə zəng edə bilərlər. "Qaynar xətt"imiz daimi olaraq açıqdır. Həmçinin insanlar öz şikayətlərini bu nömrələrə zəng vuraraq da deyə bilərlər: 498-15-04 və 498-15-01”.

Qeyd edək ki, bir neçə gün öncə manatın ucuzlaşması bazarlarda süni qiymət artımına səbəb olmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar