Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentlərin Paris görüşü ilə bağlı gözləntilər


Sülh danışıqlarında təhlükəli “əl dəyişmə”


Fransa paytaxtında konkret sənəd imzalanacağı haqda iddialar ciddiləşir; Rusiyanı fakt qarşısında qoymağı hədəfləyən Qərbin Qarabağa dair “şotland ssenarisi” üçün hüquqi baza yaratmağa hazırlaşdığı deyilir; diplomatik mənbə: “Vaşinqton və Paris Bakının üzərinə rəsmən separatçı rejimə öz müqəddəratını təyinetmə haqqı tanımaq öhdəliyi qoymaq niyyətindədir...” 

AzərbaycanErmənistan prezidentlərinin Paris görüşünə sayılı günlər qaldı. Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə, oktyabrın 27-də reallaşacağı gözlənilən yüksək səviyyəli təmasla bağlı son günlər müxtəlif təxminlər və versiyalar səslənməkdədir. Onların arasında informasiya xarakterli olanlar təbii ki, daha çox diqqət çəkir.“Əsas odur ki, Paris görüşü hesabına Qarabağ münaqişəsi tərəfləri arasında etimad yaransın”.

Musavat.com-un erməni KİV-lərə istinadən verdiyi xəbərə görə, bunu dünən İrəvandakı mətbuat konfransında Fransanın bu ölkədəki səfiri Anri Reno Paris görüşündən dolayı gözləntiləri şərh edərkən deyib.

“Yaxın günlərdə Parisdə İlham Əliyev-Serj Sərkisyan görüşü olacaq. Diplomatik təfərrüatlara varmadan qeyd edim ki, görüş nizamlama prosesinə konfliktin həllinə yönəlik yeni impuls verəcək. Vacib olan odur ki, hər iki tərəf etimad atmosferi yarada bilsin”, - deyə diplomat qeyd edib diplomat. 

Onun sözlərinə görə, Paris zirvəsi həmçinin problemin dinc yolla həllinə alternativ olmadığının təsdiqi olacaq. Ardınca diplomat danışıqların “şifrələrini” açacaq maraqlı bir cümlə işlədib. Əlavə edib ki, müzakirələrin əsasında üç prinsip duracaq: “Ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə haqqı və güc tətbiqindən imtina”.

O da diqqətçəkicidir ki, görüş ərəfəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qəfildən Bakının “Böyük Sülh Sazişi” üzərində işi bərpa eləməyə hazır olduğunu bəyan edib. Yerli və xarici təhlilçilər bu xüsusda prezidentlərin Paris görüşünü həm situativ, həm təşəbbüskarlıq, həm də produktivlik baxımından əvvəlkilərdən kifayət qədər fərqləndiyi qənaətindədir.

****

AzərbaycanErmənistan prezidentlərinin yaxın günlərdə Parisdə baş tutacaq danışıqlarında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın imzalanması gözlənilir”. Bunu isə virtualaz.org-un məlumatına görə, erməni mətbuatı yazıb. “Aykakan Jamanax” qəzetinin diplomatik qaynaqlara istinadən yaydığı xəbərdə bildirilir ki, Fransa prezidenti İlham Əliyevlə Serj Sərkisyanın birgə bəyannamə imzalamasına nail olmağa çalışır. 
Lakin birgə bəyanatın imzalanması məsələsinin hələ ki, açıq qaldığı da deyilir. Bildirilir ki, Fransua Olland əvvəlcə İlham Əliyevlə və Serj Sərkisyanla ayrılıqda görüşəcək. Daha sonra görüşlər üçtərəfli formatda davam edəcək. Minsk Qrupu həmsədrlərinin də prezidentlərin görüşü ilə bağlı Parisə çağırıldığı xəbərlər sırasındadır.

****

Xatırladaq ki, 20 ildir davam edən danışıqlar ərzində AzərbaycanErmənistan prezidentləri tərəfindən münaqişəyə dair imzalanan yeganə sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsidir. Həmin vaxt Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə bir araya gələn prezidentlər münaqişənin yalnız sülh yolu ilə nizamlanmasının vacibliyi, güc tətbiqindən çəkinməyə çağırışlar və tərəflər arasında etimadı artırmaq üçün humanitar mahiyyətli addımların atılması haqda müddəaların yer aldığı birgə bəyannaməyə imza atmışdılar. Bu, danışıqlar prosesində imza atılmış ilk birgə sənəd olduğu üçün xeyli müzakirə olundu. Lakin münaqişənin nizamlanmasına dair razılaşmanın əldə edilməsinə gətirmədi. 

Fransalı səfir Renonun açıqlamasından isə aydın olur ki, indi də ABŞ və Fransanın timsalında Qərb sülh prosesinin hazırkı mərhələsini konkret sənədlə yekunlaşdırmaq üçün ciddi çabalar içindədir. O da bəlli olur ki, həmin sənəd diplomatın qeyd elədiyi 3 prinsip əsasında təsəvvür edilir. Bu isə əslində Azərbaycanın köklü maraqları ilə uzlaşmır, çünki ən azı, işğal faktını arxa plana keçirir, problemin Ermənistanın ərazi iddiasından deyil, Dağlıq Qarabağ əhalisinin “öz müqəddəratını təyinetmə” mübarizəsindən qaynaqlandığı haqda dünyada yanlış rəy formalaşdırır.

Az öncə “Yeni Müsavat” bu fikri inkişaf etdirərək yazmışdı ki, Qərb tədricən Azərbaycanı həmin 3 prinsip əsasında “şotland variantı”na hazırlamaq istəyir. Yəni Qərb problemi Rusiyanın nəzarətindən çıxarmaq üçün Azərbaycanın köklü maraqları hesabına da olsa, öz ssenarisini işə salmaqda israrlı görünür. Buradaca əlavə edək ki, amerikalı həmsədr Ceynms Uorlikin bu ilin yayında irəli sürdüyü 6 bəndlik həll təklifi də özündə çox incə və hiyləgər şəkildə “şotland ssenarisi”ni ehtiva edir. 

Bəzi siyasi şərhçilər də 3 prinsipin “şotland variantı”nın hüquqi təməli üçün kifayət etdiyini düşünürlər. Qərb isə bu prinsiplərin Parisdə legitimləşdirilməsində ən əvvəl ona görə israrlıdır ki, bəlli səbəblərdən gərgin münasibətlərdə olduğu Rusiyanı münaqişə tərəflərinə, regiona olduqca mühüm təsir və şantaj rıçaqlarından birindən məhrum eləsin. Söhbət Kreml tərəfindən özünə əlverişli məqamda münaqişə tərəflərindən birini savaşa qızışdırmaqdan gedir. Ancaq məntiqlə Azərbaycanla Ermənistan arasında güc tətbiq eləməmək öhdəliyi varsa (3-cü prinsip), o zaman belə təhdid avtomatik aradan qalxmış olur. 

****
Azərbaycan və onun suverenliyi, ərazi bütövlüyü üçün ən təhlükəlisi isə əlbəttə ki, ölkəmizə sırınmağa çalışılan ikinci - öz müqəddəratı təyinetmə prinsipidir. Çünki nizamlamanın yekun mərhələsində həmin hüquqi prinsip Azərbaycanın ərazi bütövlüyünü alver predmetinə çevirə bilər. 

Əminik ki, Azərbaycan rəhbərliyi təhlükənin fərqindədir və Paris görüşündə o, ölkəmiz üçün “qırmızı xətləri” bir daha vasitəçi ölkələrim nəzər-diqqətinə çatdıracaq, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına kiçicik belə hüquqi əsas yaradacaq istənilən məkrli sənədi imzalamaqdan vaz keçəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar