Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentlərin görüşü müharibə riskini azaltdı, yoxsa müharibə riski hələ də böyükdür?-Ekspertlərin rəyi


Qabil Hüseynli: “Qərb ölkələrinin apardığı siyasətə təəccüblü qalıram. Qərb ölkələri, xüsusən Amerika Birləşmiş Ştatları bəyanət verir ki, prosesi nizamlamaq üçün birinci növbədə ermənilər işğal etdikləri ərazilərdən qoşunlarını çıxartmalıdır. Hal-hazırda isə atəşkəs rejimini möhkəmləndirməklə məşğuldurlar”


Araz Əlizadə: “Mən bilirəm ki,  müharibəsiz Qarabağı almaq mümkün deyil”.

Qeyd edək ki, prezidentlərin görüşündən sonra ATƏT-in Minsk Qrupu Vyana danışıqlarının yekunlarına dair bəyanat yayıb. İlkin baxışda  bəyanatdan belə görünür ki, yenə də danışıqlarda hansısa irəliləyişə nail olunmayıb. Prezidentlərin görüşü müharibə riskini azaltdı, yoxsa müharibə riski hələ də böyükdür?

PİA.AZ-ın əməkdaşı bu mövzunu politoloq Qabil Hüseynli və Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə ilə müzakirə edib.

Image result for qabil hüseynli

Qabil Hüseynli: “Deyirlər ki,  siz torpağınızı işğal edən düşmənə atəş açmaq hüququna malik deyilsiz, hətta o sizə atəş açsa belə...”


Qabil Hüseynli Qərbi təzadlı bəyanatlar verməkdə günahlandırır. Qərbin əvvəlki bəyanatlarında məsələnin həlli üçün ermənilərin işğal etdikləri torpaqlardan qoşunlarını çıxarmalı olduğunu deyirdisə, indi atəşkəsin bərpası barədə danışıqlar aparır:

“O qədərdə nikbin qənaətdə deyiləm. Çünki danışıqlar daha çox atəşkəs rejiminin möhkəmləndirilməsi, üstəlik bu rejimə nəzarət  sisteminin yaradılması və bu monitorinq sisteminə lazım olan  cihazlarla və ona qulluq edəcək təlimatçılarla təmin edilməsinə yönəldilib. İyun ayında  yenidən  prezidentlerin görüşü planlaşdırlır. Məsələ burasındadır ki, Vyana görüşünə bu qədər adam yığışıb, amma  heç bir nəticə almayıb.  Onlardan soruşmaq lazımdır ki, atəşkəs rejimini kim pozur, kim  kimin torpağındadır? 

Deyirlər ki,  siz torpağınızı işğal edən düşmənə atəş açmaq hüququna malik deyilsiz. Hətta o size atəş açsa belə... Danışıqlar prosesi zamanı bizim əsgərlərimiz öldürüldü. Qərb ölkələrinin apardığı siyasətə təəccüblü qalıram. Qərb ölkələri,  xüsusən Amerika Birləşmiş Ştatları bəyanət verir ki, prosesi nizamlamaq üçün birinci növbədə ermənilər işğal etdikləri ərazilərdən qoşunlarını çıxartmalıdır. Hal-hazırda isə atəşkəs rejimini möhkəmləndirməklə məşğuldurlar. Ermənilərin torpaqda nə işi var ki, atəşkəs rejimin yaradılmasından da danışılır?.

 Birinci növbədə demək istəyirəm ki, Rusiya, Fransa və digər ölkələr qıçınızı ayağınıza bağlayın. Nə Ermənistan, nə də buradakı torpaqlar heç vaxt  qaraçı erməni millətinin torpağı olmamışdır. Mesopotomiyadan gəlmiş ermənilər  bu bölgədə yaşayan aborogen xalqlara zülm edib. Siz də bunu müdafiə edirsiniz. Bu necə beynəlxalq hüquq sistemi və BMT qurumudur ki,  onun qətnamələrinə məhəl qoyulmur. Hər halda bizim prezidentin xarici siyasət xəttini bilməsinə arxayınam. Prezident bu məsələlərdə güclü mövqe tutmağı bacaracaq. Hər halda ilkin nəticələr ürəkaçan deyil. 

Müharibə etsək də , bütün dünya bizə  qarşı qalxacaq. Hər yerdə bir saziş imzalayırıq. Sonra da həmin  sazişlərin qurbanına çevrilirik. "Madrid prinsipləri"ni imzaladıq. Referenduma, bölgəyə sülhməramlı qüvvələri gətirməyə razılaşdıq. İndi də atəşkəs rejiminin daha da möhkəmləndirilməsinə razı oluruq. Üstəlik bura it az imiş kimi, biri də gəmi il gəlir. Monitorinq sisteminə nəzarət edən adamlar boxçaları ilə birgə bura gələcək, təmas xətti boyunca yerləşəcək. İlk nəticələr optimist qənaətlər doğurmur”.

Image result for araz əlizadə

Araz Əlizadə : “Əgər biz torpaqları qaytarmaq istəyiriksə, müharibə labüddür”.


Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə müharibəsiz Dağlıq Qarabağı almağın mümkün olmadığını hesab edir:

“Mən prezidentin mətbuat xidmətinin açıqlamasını  gözləyirəm ki, dəqiq bilim  orda nədən danışılıb. Mən görüşdən əvvəl də bildirmişdim ki, heç bir nəticə alınmayacaq. Sonda da  göründü ki,  mən haqlı imişəm. Mən bilirəm ki,  müharibəsiz Qarabağı almaq mümkün deyil. 
ATƏT-in Minsk Qrupu həmsədrlərinin ortaq bəyanatı münaqişənin həlliylə bağlı yenə əsaslı razılaşmaya gələ bilmədiklərini göstərir. Vyana görüşü gözlədiyim kimi nəticələndi. Yəni heç nə ilə nəticələnmədi. Lakin tərəflər bəyan edirlər ki, sülh yolu ilə bu məsələni həll edəcəklər. Necəsini mən bilmirəm.  Əgər biz torpaqları qaytarmaq istəyiriksə, müharibə labüddür”.

Sübü Əzizova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar