Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentlərin təhsilləri və ixtisasları - Siyahı


Nə vaxtsa onlar da abituriyent olublar, imtahan həyəcanı yaşayıblar


Yəqin ki, həmin vaxtlar ağıllarına da gəlməyib ki, illər ötdükdən sonra dünyanın siyasi müstəvisində ən vacib fiqurlara ceviriləcəklər, öz dövlətləri, öz xalqları qarşısında imtahan verəcəklər.

Bəs bu gün dünyanın siyasi liderləri olanlar illər oncə hansı ixtisasa üstünlük veriblər, hansı təhsil ocaqlarını seçiblər?

Azərbaycan Prezidenti İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Prezident həmin təhsil ocağını bitirdikdən sonra institutun aspiranturasına qəbul olunub və 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

Türkiyə prezidenti Abdulla Gül orta təhsilini Kayseri liseyində bitirdikdən sonra İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Həmin universitetin məzunu olduqdan sonra doktorluq dissertasiyasını müadafiə etmək üçün London və Ekseterdə staj keçib.

Rusiya Faderasiyasının prezidenti Vladimir Putin Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1997-ci ildə isə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda “Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb.

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini, 1991-ci ildə isə Harvard Hüquq Məktəbini bitirib. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.

Belarus prezidenti Aleksandr Lukaşenkonun iki ixtisası var: tarixçi və iqtisadçı. O, 1975-ci ildə Mogilyov Pedoqoji institutunun tarix fakültəsini, 1985-ci ildə isə Belarus Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsini bitirib.

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev Dövlət Universitetinin məzunudur. O, 1989-cu ildə həmin universitetin beynəlxalq hüquq və benəlxalq əlaqələr fakültəsini bitirərək beynəlxalq iqtisadi əlaqələr ixtisasına yiyələnib.

Suriya prezidenti Bəşər Əsəd ixtisasca həkimidir. O, 1988-ci ildə Dəməşq Universitetinin tibb fakültəsini qırmızı diplomla bitirərək həkim-oftolmoloq ixtisasına yiyələnib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da ixtisasca həkimdir. O, 1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini bitirib. Qurbanqulu Berdiməhəmmədov tibb elmləri doktoru, professordur.

Argentina prezidenti Kristina Fernandes de Kirşner ixtisasca hüquqşqnasdır. O, 1973-cü ildə La Plata Milli Universitetinin psixologiya fakültəsinə daxil olub. Tələbəlik illərindən siyasətlə məşğul olan gənc siyasətçi sonradan təhsilini həmin universitetin hüquq fakültəsində davam etdirib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ixtisas seçimində fəlsəfə və psixologiyaya üstünlük verib. O, 1992-ci ildə Tbilisi Dövlət Universitetinin fəlsəfə və psixologiya fakültəsini bitirib, fəlsəfə doktorudur.

Ermənistan prezidenti Serj Sarkisyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Onun prezidentlik fəaliyyətinə nəzər yetirərkən belə qənaətə gəlmək olar ki, real həqiqətlərdən uzaq olan Sarkisyan şifahi xalq ədəbiyyatının nağıl janrını daha çox sevir


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar