Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokuror İran casuslarına iş istədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran rayon sakinləri - 1981-ci il təvəllüdlü Faiq Qurbanov və 1990-cı il təvəllüdlü Seymur Rzazadənin məhkəmə prosesi keçirilib


Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmə prosesinə hakim Eldar İsmayılov sədrlik edib. 

Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Təqsirləndirilən şəxs Faiq Qurbanov 2003-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. İran İslam Respublikasının Qum şəhərində fəaliyyət göstərən “İmam Xomeyni” mədrəsəsində təhsil alan azərbaycanlı tələbələrin istifadə etdikləri mobil telefon nömrələri, onların Azərbaycanda olduqları müddətdə MTN-in rayon şöbələrinə çağırılmaları, mədrəsədə təhsil alan şəxslər barədə məlumat toplamaq tapşırığı alıb.

2008-ci ildə o, ETTELAAT-ın digər əməkdaşı Miri ilə əməkdaşlığı davam etdirib. Faiq Qurbanov mədrəsədə təhsil alan tələbələr və müəllimlər barədə Mirini məlumatlandırıb. Miri ona Azərbaycana qayıtdıqdan sonra İslam dininin təbliği zamanı insanlara təsir göstərə biləcək əsasən Lerik, AstaraLənkəran rayonlarından olan nüfuzlu gənc dindarları seçməyi və ETTELAAT-ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmaları üçün dini təhsil adı almaq altında onları İrana göndərməyi və cənub bölgəsindən yığılan “xüms”ü İrana gətirmək barədə tapşırıqlar verib.

Həmin “xüms”ün üçdə bir hissəsinin və hər göndərdiyi tələbəyə görə isə 250 manat pulun zəhmət haqqı kimi ona veriləcəyini vəd edib.

Faiq Qurbanov 2012-ci ilin iyul ayında Azərbaycana qayıdaraq verilən tapşırıqları icra etməyə başlayıb. İlk olaraq Lerik rayonundan olan Araz Hüseynov adlı şəxslə tanış olaraq ona İranda dini təhsil almağı təklif edib. Araz Hüseynov razılaşandan sonra Faiq Qasımov Seymur Rzazadə ilə telefon əlaqəsi saxlayaraq Arazı İrana aparmağı tapşırıb.Seymur Rzazadə Arazı Qum şəhərində “Camiətül Mustafa” dini mərkəzinin inzibati binasında əvvəlcə ETTELAAT-ın İzzət adlı əməkdaşı ilı, ardınca isə Qəffari adlı əməkdaşı ilə görüşüb.

Faiq Qurbanovun Araz barəsində fars dilində  yazdığı  zəmanət məktubunu həmin şəxslərə təqdim edib. Bundan aonra Arazın “Camiətül Mustafa” dini mərkəzinin nəzdində olan “Əlmehdi” mədrəsəsinə qəbul olunduğu bildirilib.

Digər təqsirləndirilən Seymur Rzazadə ETTELAAT-ın əməkdaşı Qəffari tərəfindən 24 yanvar 2013-cü ildə məxfi əməkdaşlığa cəlb edilib. O, “Mən Rzazadə Seymur Şahəddin oğlu Allah ordusuna əsgər seçilirəm” məzmunlu iltizam verdikdən sonra Qəffari onu Lənkərandakı möminlərin vəziyyəti ilə maraqlanmağı, Faiq Qurbanov və digər dindarlara salamlarını çatdırmağı tapşırıb.

Seymur Rzazadəyə Lənkəran aeroportu və onun rəisi, Lənkərandakı sərhəd qoşunları, hərbi hissələrin sayı, Sumqayıtdakı hərbi hava qüvvələri və orada olan hərbi texnika - helikopter və təyyarələrin sayı, Şeyxülislam Allahşükür Paşazadənin cənub zonasına səfərləri, Türkiyənin Lənkərandakı Fəxri Konsulluğu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin “Alfa” qrupunun rəhbəri barədə məlumatlar toplamaq tapşırılıb. Təqsirləndirilən şəxs əldə etdiyi məlumatları 2014-cü ilin fevral ayında Tehranda olarkən ETTELAAT-ın əməkdaşlarına verib.

Törətdikləri cinayət əməllərinə görə hər iki şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.  

Məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar