Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokuror bu gün Xədicə İsmayıla iş istəyəcək


Jurnalist son söz deyəcək, hökm də bu gün oxuna bilər


Avqustun 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırmaçı jurnalist Xədicə İsmayılın növbəti məhkəmə prosesi keçirildi.

 Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə əlavə şahid qismində dəvət olunan şəxslər ifadə verdilər. 

Prosesdə ilk olaraq, çıxış edən X.İsmayıl bir daha həbs olunma səbəblərinə toxundu: “AzadlıqRadiosunda aparılan oyxlamaların səbəbi məni tutmaq idi. Araşdırmalarımın qarşısını almaq istəyirdilər”.

Təqsirləndirilən şəxsin çıxışının ardından əvvəlki prosesdə ifadəsi yarımçıq dayandırılan Bakı Vergilər Departamentinin müfəttişi İmran Nurməmmədovun dindirilməsi davam etdirildi. Daha sonra digər şahid Elçin Əliyevin ifadəsi alındı. Onun dindirilməsi qısa çəkdi. 

Ardınca müdafiə tərəfinin vəsatətləri oldu. İlk vəsatət, aralıq aktı və onun əsasında tərtib olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinin yolverilməz sübutlar kimi siyahıdan çıxarılması barədə oldu. Müdafiə tərəfinin vəkilləri bildirdilər ki, səyyar vergi yoxlamaları başa çatmadan X.İsmayılla bağlı rəy vermək doğru deyil. Qeyd olundu ki, qanunda, ümumiyyətlə, aralıq aktı deyilən anlayış yoxdur. Verilən vəsatət təmin olunmadı. 

Digər vəsatət təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş “radioda işçilərin bir qismini əmək yox, xidmət müqaviləsi ilə işə götürməsi” ittihamı ilə bağlı oldu. İttihamda göstərilir ki, X.İsmayıl bununla işçilərin büdcəyə 14% yox, 4% vergi ödəməsinə nail olub. Təqsirləndirilən şəxs vəsatətə münasibət bildirərkən qeyd etdi ki, ANS-də məlum yoxlamalar aparılarkən eyni ittihamlar verilmiş, kanal məhkəmədə məsələni mübahisələndirmiş, nəticədə sanksiyalar tətbiq olunmuş, sonda kanal məhkəməni udmuşdu. Cərimənin qanunsuz olması ilə bağlı qətnamənin qəbul olunduğu da qeyd olundu. Lakin yenə də vəsatət təmin olunmadı.
Daha sonra tərəflərin məhkəmə istintaqının yekunlaşması ilə bağlı fikirləri alındı. Müdafiə və ittiham tərəfi etirazlarının olmadığını qeyd etdilər. X.İsmayıl bildirdi ki, o da məhkəmə istintaqının bitməsinə etiraz etmir, lakin protokolların məhkəmədə oxunması vacibdir. Məhkəmə bu tələbi də rədd etdi. Əsas olaraq, hökmdən üç gün sonra verilməsi göstərildi. 
Sonda prokuror çıxış üçün avqustun 21-i saat 11:00-a qədər vaxt istədi. Proses dövlət ittihamçısının təqsirləndirilən şəxsə həbs cəzası istəməsi ilə davam edəcək. X.İsmayıl bu gün son söz də deyəcək.

Prosesdən sonra vəkil Fariz Namazlı məhkəmə istintaqının yekunlaşması ilə bağlı mətbuata açıqlama verdi: “Bu prosesdə vergi əməkdaşları dindirildi. Məlum oldu ki, qanunda aralıq aktı deyilən bir termin yoxdur. Aktın Vergi Məcəlləsinin tələblərinə zidd olduğu üzə çıxdı. Bütün bunlar onu göstərir ki, aralıq aktı və ekspertiza rəyi qanunvericiliyə zidd olaraq hazırlanıb. Həmin sənədlərin sübutlar siyahısından çıxarılmasını məhkəmədən xahiş etdik. Lakin məhkəmə vəsatəti təmin etmədi. Bununla məhkəmə istintaqı yekunlaşdı. Dövlət ittihamçısı çıxış üçün bir gün vaxt istədi. İndiyə qədər gedən proseslərdə heç bir vəsatətimiz təmin olunmadı. 30-40 arası vəsatət verdik. Yalnız aralıq aktı əsasında əlavə şahidlərin dindirilməsi vəsatətindən başqa. Bütünlükdə təqdim etdiyimiz sübutlar X.İsmayılın təqsirsiz olduğunu təsdiq edirdi. Təəssüf ki, məhkəmə sübutları qəbul etmədi. Yekun nəticəni gözləyək. Ondan sonra çox şey aydın olacaq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar