Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokurorluq Şabranda yoxlamanı genışləndirdi


Heydər Əsədov daha bir icra başçısını "vurdu"


Kənd Təsərrüfatı Nazirliyi Baş Prokurorluğa sənəd təqdim etdi; Novruz Novruzov və nümayəndələri haqda araşdırma başlandı

 Daha bir icra başçısı və onun ərazi-inzibati dairələr üzrə rəsmi nümayəndəsi Kənd Təsərrüfatı Nazirliyi ilə Baş Prokurorluğun hədəfinə gəlib.Bu barədə mia.az-a verilən məlumata görə, Şabranın icra başçısı Novruz Novruzov və onun kəndlər üzrə rəsmi icra nümayəndələri haqda araşdırma başlanıb. Artıq Kənd Təsərrüfatı Nazirliyi Şabran rayonu üzrə buğda əkini üçün hər hektar üçün ayrılmış 361.992.40 (Üç yüz altmış bir min doqquz yüz doxsan iki manat qırx qəpik) manat ümumi vəsaitin bir hissəsinin yerli icra nümayəndələri tərəfindən saxta sənəd tərtib etməklə mənimsənildiyi haqda Baş Prokurorluğa rəsmi müraciət də edib: «Kənd Təsərrüfatı Nazirliyində başda nazir Heydər Əsədov olmaqla, icra başçısı Novruz Novruzovun rəhbərlik etdiyi rayona ayrılmış həmin vəsaitin ən azı 30-40 faizinin mənimsənilməsi haqda ciddi şübhələr var. Hətta nazirlik bu şübhələrini yəqinləşdirmək üçün Şabranın 5-6 kəndi üzrə monitorinqlər də aparıb. Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb. Həmin dəlillər isə müvafiq sənədlər əlavə edilməklə prokurorluğa göndərilib».

Adının çəkilməsini istəməyən nazirlik əməkdaşının sözlərinə görə, Şabran rayonunun 17 kəndi üzrə 2463 buğda səpini aparmış şəxsin adı rəsmi siyahıya əlavə edilib: «Həmin 2463 nəfərin də guya 9049 hektar 81 sot buğda əkdiyi müvafiq sənədlərdə qeyd olunub. Bunun müqabilində də 17 kənd üzrə həm hektar, həm də səpin aparmış şəxslərin sayı şişirdilməklə, ümumilikdə ayrılmış 361.992.40 manat vəsaitin bir hissəsi mənimsənilib. Artıq nazirlik tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin sənədlər əsasında cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir. Mənim məlumatıma görə, artıq 4-5 kəndin icra nümayəndəsi başda olmaqla, yerli komissiyada təmsil olunmuş bələdiyyə sədrləri də ciddi əndişə keçirirlər. Çünki prokurorluq onları «dalan»a dirəyib. Bu isə icra başçısı Novruz Novruzov və onun aqrar məsələlər üzrə müavini barəsində xoşagəlməz imic yaratmaqla yanaşı, onların karyeralarını da təhlükəyə sövq edib».

Məlumatlı şəxs açıqlamasında Baş Prokurorluğun həmin rayon üzrə yaydığı rəsmi məlumatda bəzi məqamların cəmiyyət üçün hələ də açılmadığını da sözlərinə əlavə edib: «Bildiyiniz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabranda Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material haqqında ilik məlumat yyaıb. Orada bildirilib ki, araşdırmalar zamanı Şabran rayonunun Zeyvə, Çölquşçu, Pirbədil və Çuxurzəmi kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Buna görə də buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 11 min 670 manat pul vəsaitinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Göründüyü kimi, prokurorluq mənimsənilmənin detallarına varmayıb. Halbuki, adıçəkilən 4 kənd - Zeyvə, Çölquşçu, Pirbədil və Çuxurzəmiyə birlikdə 41.407.60 manat (Qırx bir min dörd yüz yeddi manat altımış qəpik) vəsait ayrılıb: «Zeyvədə guya 61 buğda istehsalçısı 292 hektar 65 sot səpin aparıb. Nəticədə isə 11 min 706 manat vəsait silinib. Çölquşçu kəndində 32 nəfərin adına 204 hektar 54 sot yazılmaqla, 8181 manat 60 qəpik, Pirbədildə 124 nəfər 466 hektar 20 sot guya buğda əkməklə 18648 manat, Çuxurzəmidə isə üç nəfər guya 71 hektar 80 sot buğda əkib ki, 2872 manat vəsait təyinatından yayındırılıb. Yəni prokurorluq bu 4 kənd üzrə ümumilikdə ayrılmış 41 min 407 manat vəsaitin ilkin olaraq, 11 min 670 manatının mənimsənilməsini aşkarlayıb. Bu isə 4 kənd üzrə ayrılmış vəsaitin təxminən 35 faizi deməkdir. Bu faiz dərəcəsini rayon üzrə vurduqda isə rəqəmlər heyrət doğurur. Yəni ümumilikdə rayon üzrə büdcədən ayrılmış 361 min 992 manat vəsaitin 35 faizinin mənimsənilməsi, o deməkdir ki, rayon üzrə 150 min manata yaxın büdcə pulları məmurlar tərəfindən cibə qoyulub. Gəlin razılaşaq ki, bütün bunlardan «şöhrət» ordenli Novruz Novruzovun xəbərsiz olması da mümkün deyil».

Onu da qeyd edək ki, Şabranın 17 kəndi üzrə bütün sənədlər redaksiyamızdadır və araşdırmalarımız davam edəcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar