Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin-Ərdoğan görüşünün Qarabağ gizlinləri


Yaxın zamanlarda çox şey üzə çıxacaq


"Rusiya və Türkiyə prezidentlərinin görüşündə Dağlıq Qarabağ probleminin həllinə də toxunulacaq. Lakin onlar əsasən öz aralarında olan iqtisadi-siyasi və regional məsələlərə diqqət yetirəcəklər. Ona görə də Qarabağ probleminə ayrıca deyil, həmin məsələlərin fonunda və Azərbaycan-Ermənistan prizmasından kompleks şəklində baxılacaq. Düzdür, hamısı nəsə deyir, amma problemin həlli ilə bağlı real addım yoxdur".

Bu barədə Milli.Az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov Türkiyə və Rusiya prezidentləri arasında keçiriləcək görüşün Dağlıq Qarabağ probleminin həllinə mümkün təsirlərini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Rusiyanın böyük imkanları var. Bu isə onu göstərir ki, ehtimal ki, Ərdoğanla Putin arasında danışıqlar olub, amma onların məzmunu və nəticələri gizli saxlanılır: "Ərdoğanın bəyanatı o deməkdir ki, Dağlıq Qarabağın həllində dair danışıqlar prosesində aparıcı qüvvə məhz Rusiyadır. İkincisi, bu bəyanat Ermənistanı narahat etməyə bilməz. Çünki ermənilər da yaxşı anlayırlar ki, Ərdoğan durduğu yerdə bu sözü elə-belə deməz və bu Rusiya ilə pərdəarxası danışıqlarda əldə olunmuş hansısa nəticənin göstəricisidir.

Proseslərin gedişi göstərir ki, hazırda Ermənistan uduzmuş haldadır. Ona görə də məhz Dağlıq Qarabağ problemini yaratması nəticəsində bütün regional iqtisadi layihələrdən kənarda qalmış Ermənistanda prezident Serj Sarkisyanı Gürcüstana Cavaxetiya bölgəsinə göndərib oradakı erməniləri Bakı-Tiflis-Qars dəmiryoluna əngəl yaratmaq üçün qızışdırmağa çalışırlar".

E.Ələsgərovun fikrincə, aparılan pərdəarxası danışıqların nəticəsi bu yaxınlarda AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşündən sonra bəlli olacaq: "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi gedir. Bununla bağlı son olaraq AzərbaycanErmənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Pərdə arxasında isə Rusiya və Türkiyə var. Düzdür, ATƏT-in Minsk qrupunda ABŞ və Fransa da yer alır, amma məncə onlar hazırda nisbətən kölgədə qalıblar. Çünki ABŞ konkret addım atmayınca Fransa da heç nə etmir. Amma Rusiya daha fəaldır və xarici işlər naziri Sergey Lavrovun son bəyanatları bunu bir daha sübut edir.

Azərbaycan Türkiyə ilə birgə böyük iqtisadi layihələr həyata keçirir. Rusiya da bu layihələrdə iştirak etmək istəyir. İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistan isə bu layihələrdən təcrid olunmuş vəziyyətdədir. Serj Sarkisyanın da Putinlə görüşmək istəməsinin səbəbi də görünür, Ermənistanın hansısa addımları atmağa vadar olmasıdır. Çünki 2018-ci ildə Ermənistandan hökumət dəyişikliyi olacaq. Prezident Serj Sarkisyanın bu dəfə baş nazir olacağı deyilir. Belə qarışıq vəziyyətdə Qarabağ məsələsində də dəyişiklik ola bilər.

Bundan əlavə, Avropa Birliyi ilə Ermənistan arasında saziş imzalanmalıdır. Bu sazişdə Rusiyanın xeyrinə olmayan müddəalar yer ala bilər. Ola bilər ki, orada Qarabağa dair müddəalar da olsun. Çünki Azərbaycan da Avropa Birliyi ilə danışıqlar aparır. Anlaşma hazırlanır və orada da Dağlıq Qarabağla əlaqədar gözləntilərimiz var. Ümumilikdə, Dağlıq Qarabağ problemi ətrafında çox fəal olmasa da, pərdəarxası bəzi danışıqlar gedir. Bu məqamlar yəqin ki, Məmmədyarov-Nalbandyan görüşündən sonra özünü daha aydın şəkildə büruzə verəcək".

Qeyd edək ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tiflis-Qars dəmiryolunun rəsmi açılışı ilə bağlı Azərbaycana etdiyi səfərindən sonra bu görüş barədə belə demişdi: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfində olmağa davam edəcək. Növbəti həftə və ya digər həftə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Onun bu münaqişənin həllində mövqeyi çox önəmlidir. Əgər cənab Putin həqiqətən bu məsələyə diqqət yetirsə, onu həll etmək asan olacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar