Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Qərbə nə mesaj verdi?



Orxan Qafarlı: “Rusiya prezidenti mitinqlə dünyaya mesaj vermək istədi ki, mənim siyasətim xalq tərəfindən dəstəklənir”


Rusiya prezidenti Vladimir Putin Qərbə növbəti dəfə meydan oxuyub. Krımın Rusiyaya birləşdirilməsinin 1 ilinin tamam olması ilə bağlı təşkil olunan nümayişdə çıxış edən Rusiya lideri beynəlxalq sanksiyalara qarşı dayanacaqlarını bildirib 

“Əlbəttə, xaricdən olan bütün problem və təzyiqlərə qarşı dayanacağıq. Rusiyaya qarşı təzyiqlər boşuna cəhdlərdir. Sanksiyalar ölümcül deyil, ancaq gözlənildiyi kimi çalışmalarımıza müəyyən qədər zərər vurdu” deyə,  Putin qeyd edib. 

Bu arada məlum olub ki, Rusiya hakimiyyəti 200 nəfərə yaxın Qərb dövlətləri məmurunu “qara sıyahı”ya salıb. Siyahıda əsas çoxlu ABŞ-dan olan məmurlardır. ABŞ-dan 60 məmur və siyasi xadimlə yanaşı ABŞNATO ölkələrindən də çoxlu sayda məmur var. Siyahıda ABŞ Konqresi sədri Con Bohner, senator Con Makkeyn kimi tanınmış adlar da var. “Qara siyahı”da olan şəxslərin “rusofobik” olduğunu elan edib və bu şəxslərin Rusiya banklarındakı hesablarının dondurulacağı bildirilib. 

Yeni Türkiyə Araşdırmaları Mərkəzinin Avrasiya üzrə mütəxəssisi Orxan Qafarlı deyir ki, Putinin çıxışında əsas vurğu Krımın üzərində qurulub. Rusiya lideri mesaj verib ki, Krım geri qayıtmayacaq: “Rusiya prezidenti Vladimir Putinin Krımın işğalının bir ili ilə bağlı çıxışında verdiyi mesajları iki istiqamətdə dəyərləndirmək olar. Birinci istiqamət: Rusiya Krımın tarixi torpağı olduğunu və geri verməyəcəklərini bir daha bütün dünya ictimaiyyətinə bəyan etdi. Rusiyanın yaxın gələcəkdə bu fikirdən geri çəkilmək niyyəti yoxdur. Yəni Ukrayna böhranı üzərindən davam edən diplomatik müzakirələrdə heç bir zaman Krımın statusunun müzakirə etməsi mümkün deyil. Krımın Rusiya birləşməsi nə beynəlxalq qurumlarda, nə də təşkilatlarda müzakirə edilməsi və yenidən Ukraynaya verilməsi mümkün deyil”.

O.Qafarlı deyir ki, Putin  dünyaya nümayiş etdirmək istəyir ki, rus xalqı onu dəstəkləyir. Ekspertə görə, Putin aqressiv xarici siyasət kursunun davam edəcəyi mesajını verməyə çalışıb: “Kütləvi mitinqlə dünyaya mesaj vermək istədi ki, mənim siyasətim xalq tərəfindən dəstəklənir. Kütləvi olaraq bu mitinqin keçirilməsinin də əsas məqsədi bu idi. Bunun təntənəli bir bayram halına çevrilməsi Rusiya xalqında imperiya hisslərinin yenidən müsbət bir anlam qazandığına işarədir. Rus torpaqlarını yenidən birləşdirən bir lider imicini xalq içində yaratmağa çalışır.

İkinci önəmli istiqamət Rusiyanın post-sovet regionunda proaktiv xarici siyasətini davam etdirəcəyi ilə bağlıdır. Bu regionda NATOAvropa Birliyinin yayılma siyasətinin qarşısında duracaq. Rusiyanın regional təhlükəsizliyini təmin edən “qırmızı xətt” xarici siyasəti davam edəcək. Cənubi Qafqaz, Orta Asiya və Şərqi Avropanın iki önəmli ölkəsi olan Ukrayna və Belarusun Rusiya üçün böyük əhəmiyyəti var. Əgər Rusiya bu regionlardan çəkilsə məğlub olmuş olacaq”. 

Ekspert deyir ki, Kreml rəhbərliyi Rusiyanın geopolitik mənada qütb olmasını dünyaya sübut etməyə çalışacaq: “Çıxışın ən önəmli mesajı da bu idi. Rusiya, Çin, Hindistan kimi nüvə dövlətidir. Bu səbəbdən də Rusiyasız hər hansı bir qlobal təhlükəsizliyə nail olmaq mümkün deyil. Avropanın Avrasiya bölgəsində regional təhlükəsizliyə nail olmaq üçün Rusiya ilə müzakirə masasına oturmağa məcburdur. Regionda qlobal güclərin bir-birilərinin maraqlarını və təhlükəsizliyini diqqətə alması lazımdır”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar