Rusİya prezidenti Vladimir Putin Şimali Koreyanın lideri Kim Yong-unu Moskovaya dəvət edib
Pia.az-ın məlumatına görə, Putin koreyalı həmkarına 9 mayda SSRİ-nin faşist Almaniyası üzərindəki tarixi qələbəsənin ildönümü münasibəti ilə keçiriləcək mərsimlərə qatılmaq üçün dəvət göndərib. Dəvətin bir neçə ay əvvəl və Rusiya ilə ABŞ arasındakı iqtisadi-siyasi münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf etməsi maraqla qarşılanıb.