Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər


Kreml rəsmiləri Rusiya prezidenti Vladimir Putin və Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri Con Bolton arasında növbəti həftə keçirilməsi mümkün olan görüşü müzakirə edirlər. Bu barədə Rusiyanın TASS xəbər agentliyi bildirib


Kreml cümə axşamı Boltonun Putin və ABŞ prezidenti Donald Tramp arasında növbəti ay keçirilməsi ehtimal edilən zirvə görüşünü müzakirə etmək üçün Rusiya paytaxtına səfər edəcəyini təsdiq edib.

RİA Novosti xəbər agentliyinin verdiyi məlumata əsasən, Bolton səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

“25-27 iyun tarixlərində ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton Londonda və Romada ABŞ-ın müttəfiqlərilə milli təhlükəsizlik məsələlərini müzakirə etdikdən sonra prezident Tramp və prezident Putin arasında potensial görüşü müzakirə etmək üçün Moskvaya yola düşəcək” – deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü Qaret Markis cümə axşamı Twitter vasitəsilə bildirib.

Mətbuat özünü təqdim etməyən mənbəyə əsasən bildirib ki, zirvə görüşü Trampın növbəti ay Avropaya səfəri zamanı keçiriləcəyi ehtimal edilir. Hər iki lider arasında görüş 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitindən öncə, ya da ki, daha sonra Trampın iki günlük Britaniya səfərindən sonra keçirilə bilər.

Görüşün keçirilmə yeri haqqında heç bir məlumat verilməsə də, bir neçə xarici mətbuat qurumu Putin və Tramp arasında görüşün NATO zirvə toplantısından sonra Avropa paytaxtlarının birində keçirilə biləcəyini deyir. Bəzi məlumatlarda isə zirvə toplantısı üçün mümkün məkanın Vyana ola biləcəyi qeyd edilir ("Amerikanın səsi").

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar