Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin gərginlik mərkəzini Qarabağa köçürür?


Putinin Qarabağ planı


"Vladimir Putin Ukrayna məsələsini "dondura" və Dağlıq Qarabağda və Gürcüstanda müəyyən addımlar ata bilər."

Bunu Rusiyanın tanınmış politoloqu, publisist və ictimai xadim Andrey Piontkovskiy deyib.

O müsahibəsində bildirib ki, bu, tamamilə mümkündür. Söhbət təkcə Dağlıq Qarabağ münaqişəsindən getmir. Ümumiyyətlə, münaqişədə iştirak edən tərəflər arasında vəziyyətin kəskinləşməməsi üçün Rusiyanın əlində təsir alətləri var. Bu, ciddi siyasi gərginliyin hökm sürdüyü Gürcüstanda da mümkündür.

Onun sözlərinə görə, imicin saxlanılması üçün V.Putin Ukrayna münaqişəsini dondurmaq istəyəcək və "rus dünyası"nın vətənpərvəri kimi, Qafqazda hansısa addımlar atmağa qərar verəcək.

A.Piontkovskiy "Qarabağ münaqişəsi zonasında gərginliyin növbəti partlayışı nə ilə bağlıdır. Bu, xarici oyunçular üçün sərfəlidir, yoxsa, bu, sadəcə avantüradır" sualına belə cavab verib: "Bu vəziyyət Rusiya üçün əlverişlidir. Bu barədə çox gözəl obraz 20 il əvvəl "Tarixin sonu" məruzəsində deyilmişdi. Orada yazılmışdı ki, belə davam edən münaqişələr Rusiya Federasiyası üçün əlverişlidir. Çünki, bu, AzərbaycanErmənistan ilə münasibətlərdə təsir alətidir və Moskva indi bunu edir."

Politoloq Avrasiya İqtisadi İttifaqına da toxunub: "Rusiya məmurları inandırırlar ki, Avrasiya inteqrasiya layihələri iqtisadi layihədir. Ermənistan isə başqa məqsədlər güdürdü. Bu ölkənin Aİİ-yə üzvlüyü Qarabağ münaqişəsinə heç bir təsir göstərməyəcək. Bununla bağlı müzakirələr Ermənistanın xeyrinə bitmədi. Rusiya Ermənistanı Aİİ-yə qoşulmağa məcbur etdi. Müqavilədə Aİİ-nin Dağlıq Qarabağla heç bir əlaqəsinin olmadığı göstərilib."(ans press)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar