Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin rejimi 1 il içərisində çökəcək! – “3 variant var…”

Beynəlxalq məsələlər üzrə Avropa Şurasının (European Council on Foreign Relations) toplantısına dəvət olunan araşdırmaçı-analitik-siyasətşünas Nikolay Vladimiroviç Petrov hesab edir ki, Putin rejiminin ömrünə bir ildən az vaxt qalır


Finlandiyanın “Verkkouutiset.fi” portalının məlumatına görə, N.Petrov özünün “Putinin çöküşü” adlı aprel essesində yazır:

Rusiyadakı indiki idarəetmə sistemi uzun müddət duruş gətirə bilməz. Bu cür idarəetmə sisteminin yenilənə bilmək qabiliyyəti, demək olar ki, yoxdur. Putinin başında dayandığı sistem – iqtisadi problemlər, dağılan infrastruktur və bir-biri ilə çəkişən elita nümayəndələrinə qarşı mübarizə aparmalıdır”.

Petrovun fikrinə görə, bu sistem hökumət əleyhinə keçirilən iri miqyaslı etiraz nümayişlərindən və xalq dəstəyinin azalmasından sonra 2014-cü ildə işğalçı hərbi qələbələr nəticəsində öz legitimlik xəttini qurmağa başladı.

Daha sonra Petrov bildirib: ”Putin hər şeyi öz əlində cəmləşdirərək, başqa cür düşünənləri zərərsizləşdirdi. İndi hökumət hərbi qələbələr qazanmalıdır, əks halda onun xalq dəstəyi kəskin aşağı düşəcək. Hakimiyyətin bir əldə hədsiz dərəcədə təmərgüzləşməsi sistemi nataraz və effektsiz hala salır. Sanksiyaların neqativ təsirləri və pulun qurtarması nəticəsində Rusiya elitası daha dözümsüz olub. Ona görə də Qafqazdakı kimi münaqişələrin qızışma riski çoxalmağa başlayır. Krımın Rusiyaya birləşdirilməsi seçkilərdən sonra Putinin xalq tərəfindən dəstəklənməsinə yol açadı. Ancaq indi artıq Putin öz təhlükəsizliyini hərbi tədbirlərlə təmin etmək məcburiyyətində qalıb. Hazırda Putin dövlət başçısından daha çox rus çarıdır. Hakimiyyətdə qalmaq üçün Putinə iri miqyaslı müharibələrdə qalib gəlmək lazımdır. Rusiyadakı indiki vəziyyət uzun sürə bilməz. İqtisadi resurslar zaman keçdikcə azalır. Elita isə hərbi düşərgədə daha uzun müddət yaşamaq istəmir. Eyni zamanda da siyasi və idarəetmə sistemi dağılır”.

Gələcəkdə hadisələrin inkişafı barəsində Petrovun üç variantı var.

Birincisi – Rusiyada hakimiyyət dəyişikliyi baş verəcək və nəticədə Putin və onun administrasiyası ortadan qalxaraq yox olacaqlar.

İkincisi – Putin indiki idarəetmə rejimini dəyişdirəcək və Qərb ölkələri ilə razılaşmaya gələrək, hakimiyyətdə qalmaqda davam edəcək.

Üçüncüsü – Putini hakimiyyətdən salacaqlar və onu vəziyyəti dəyişə biləcək bir şəxslə əvəzləycəklər.

Belə görünür ki, Putin rejiminin ömrünə bir ildən az vaxt qalıb. Bu rejim üçün təhlükə hakimiyyətin həddsiz dərəcədə bir əldə cəmləşməsi, mühüm qərarların verilməsi üçün lazım olan zamanın getdikcə daralması və hərbi gücün səfərbər edilməsi naminə xərclərin artırılmasından ibarətdir.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar