Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin tərəflərə Qarabağa dair proqram təqdim edəcək


Sabah Rusiyanın Sankt-Peterburq şəhərində Qarabağa dair bir çox parametrlərinə görə kritik sammit keçiriləcək


Xəbər verildiyi kimi bu sammit Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində , ATƏT-in iştirakı olmadan baş tutur. Hərçənd ki, Minsk Qrupunun həmsədrləri Sankt-Peterburqda olacaqlar və danışıqların nəticələri barədə məlumatlandırılacaqlar. 

Müzakirələr əvvəlcə Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham ƏliyevErmənistan prezidenti Serj Sərkisyanla ayrılıqda keçirdiyi görüşlərlə başlayacaq, daha sonra üçtərəfli formatda davam edəcək.

Sankt-Peterburq görüşü ərəfəsində Azərbaycan Müdafiə Nazirliyi bütün qoşun növlərinin iştirakı ilə təmas xəttinə yaxın poliqonlarda, o cümlədən Naxçıvanın Ermənistanla sərhədlərində irimiqyaslı hərbi təlimlərin başlayacağını elan edib. Təlimlərdə düşmənin möhkəmləndirilmiş müdafiə xəttinin yarılması da daxil olmaqla bir sıra döyüş vəzifələri sınaqdan keçirilməlidir. Təlimlər bu gün başlayır və iyunun 24-nə qədər davam edəcək. Azərbaycan ordusunun prezidentlərin Sankt-Peterburq görüşü ilə eyni vaxtda poliqonlara yeridilməsi Ermənistana xəbərdarlıqdır və Bakı nümayiş etdirir ki, əgər bu görüşdə münaqişənin nizamlanmasına dair real danışıqlar prosesi başlamasa və status-kvonu uzatmaq taktikası davam etdirilsə məsələnin silah yolu ilə həlli variantı gündəmə gələcək.

Prezident İlham Əliyev də bu görüş ərəfəsində mühüm bəyanatlarla çıxış edərək deyib ki, Azərbaycanın daha 20 il mənasız danışıqlara vaxt itirmək fikri yoxdur. “Əgər kimsə fikirləşirsə ki, biz növbəti 20 il də mənasız danışıqlar aparacağıq, ciddi səhv edir”-prezident bildirib.

Beləliklə, gözləmək olar ki, Sankt-Peterburqda kifayət qədər gərgin, hətta əsəbi müzakirələr olacaq. Eyni zamanda bu görüş aprelin əvvəllərində hərbi əməliyyatların dayandırılmasında olduğu kimi nizamlama prosesində də Rusiyanın hakim rolunu təsbit etmiş olur. Habelə gözlənilir ki, danışıqlar masasında Madrid prinsiplərinin Rusiya xarici işlər naziri Sergey Lavrovun redaktəsindən çıxmış son variantı olacaq.

“Alaco Dispatches” konsaltinq şirkətinin analitiki Conatan Melis bildirir ki, beynəlxalq birliyin diqqəti yeni qüvvə ilə ErmənistanAzərbaycan arasında bundan sonrakı toqquşmaların dayandırılmasına yönəlsə də münaqişənin həlli perspektivi hələ də olduqca dumanlıdır. “İyunun 20-də Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə AzərbaycanErmənistan prezidentləri arasında keçiriləcək görüşə baxmayaraq tərəflərdən heç biri sülh naminə güzəşt fikrini ağlına belə gətirmir”-müəllif yazır.

Melis  qeyd edir ki, Rusiya diplomatik kanallarına yaxın mənbələr Sankt-Peterbuq görüşündə münaqişənin hərtərəfli nizamlanmasına dair proqramın qəbul ediləcəyini gözləyirlər.

“Bununla belə aydındır ki, istənilən razılaşma atəşkəs rejiminin möhkəmləndirilməsindən artıq heç nə olmayacaq”-analitik bildirir.

Müəllifə görə yüksək rütbəli diplomatlar tərəfindən göstərilən səylər münaqişə zonasında gərginliyin azaldılmasında şübhəsiz ki, müsbət rol oynadı. Ancaq hökumətlərin və xalqların güzəştlərə hazır olmadığı bir vaxtda real irəliləyi mümkün deyil.

Analitik hesab edir ki, münaqişənin nizamlanması perspektivlərinə ATƏT-in Minsk Qrupu həmsədrləri arasında münasibətlərin xeyli pisləşməsi də zərbə vurub. Bu isə məsələnin nizamlanması üçün vahid cəbhə yaradılmasına imkan vermir. 

“Türkiyə ilə Rusiya arasında münasibətlərin pisləşməsi faktını da diqqətə almaq lazımdır, bu da Qarabağ nizamlanmasının maraqlarına uyğun deyil və imkan vermir ki, beynəlxalq birlik məsələnin vahid həlli variantı ilə çıxış etsin”-analitik qeyd edib.

F.Məmmədov(Virtualaz.org)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar