Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin xalis avantüristdir!

Ona yalnız tam qələbə lazımdır…


“Ancaq indi o yaman günlü “Zaporojets”i yox, böyük bir ölkəni idarə edir…”

Hazırkı ucuz neft qiymətlərinə görə, iqtisadi cəhətdən Rusiyanın dirçəlməsinə olan bütün ümidlər puç olub. Çoxları həvəslə Vladimir Putini müyyən zamanlarda bəxti gətirən korrupsiyalaşmış bürokrat adlandıra bilər. Ancaq bu cür analiz aparılarkən, onun riskə getmək məsələsindəki təkəbbürü nəzərə alınmayıb. (Bloombeg)

Brent markalı neft 30 dollar ətrafında fırlanır ki, bu da Rusiya iqtisadiyyatı üçün rahatlıq gətirə biləcək səviyyə deyil. Çünki əgər belə gedərsə, onda rublun məzənnəsi aşağı düşəcək, infilyasiya və büdcə kəsiri artacaq.

Siz elə fikirləşirsiniz ki, Putin belə bir çətin vəziyyətdə Ukrayna və Suriyadakı böhranlardan imtina edəcək və ya öz tərəfdaşlarının maraqları naminə iqtisadiyyatın boğulmasına bundan sonra artıq yol verməyəcək? Hazırda hökumətin göstərdiyi fəaliyyətdən yorulan ictimaiyyətin həyəcan siqnalı verməsinə baxmayaraq, Rusiya prezidenti inadkarlıq göstərməyə davam edir.

Putin Ukraynadan geri çəkilməyib. Bu yaxınlarda Putin keçmiş daxili işlər naziri Boris Qrızlovu, Rusiya tərəfindən Minsk razılaşması əsasında atəşkəsin dayandırılması ilə əlaqədar danışıqların aparılmasına rəhbər təyin edib.

Yanvarda Qrızlov Ukrayna prezidenti Petro Poroşenko ilə görüşündə açıq şəkildə deyib ki, Rusiya tərəfdən Ukrayna torpaqlarının qaytarılması barəsindəki mövqenin yumşalmasını gözləmək lazım deyil. Kreml əvvəlki kimi Ukraynanın zəbt olunmuş şərq regionları üçün yüksək səviyyəli muxtariyyat verilməsində israrlıdır. Bu isə şərqi Ukraynanın Moskva ilə sıx əlaqədə olması anlamına gəlir. Belə bir muxtariyyat verilməsinin Ukrayna parlamentindən keçirilməsinin Poroşenko üçün hədsiz çətin və ya hətta mümkünsüz olması Putini maraqlandırmır. Putinə yalnız tam qələbə lazımdır.

Suriyada Bəşər Əsədin ordusu Hələb şəhərini öz nəzarəti altına keçirməyə yaxındır. Rusiyanın aviazərbələri yorulmuş və taqətdən düşmüş Əsəd ordusuna hücuma keçməyə imkan verib və indi, bir neçə aydan sonra, onlar əhəmiyyətli uğur əldə edə bilərlər. Belə görünür ki, quru qoşunlarını Suriyaya göndərmək istəyindən uzaq olmasına baxmayaraq, Putin hərbi vəziyyətin dəyişə biləcəyindən qorxmur. Digər tərəfdən, Putin səksəninci illərdə Sovet İttifaqının Əfqanıstanda ilişib qalması kimi, Suriyada ilişə biləcəklərindən də qorxmur.

Maliyyə və hərbçi itkisi baxımından Suriya münaqişəsi Putinə çox da baha başa gəlmir. Lakin bu, Rusiyanı Qərblə böyük qarşıdurma həddinə gətirir. Bu yaxınlarda Rusiya təyyarəsi yenidən Türkiyə hava sahəsinə soxulmuşdu.
İqtisadi cəbhədə isə Putin, ozünün ictimai müdafiəsinin əsasını və nəhəng təhlükəsizlik aparatını təmin edən iri miqyaslı proqramların maliyyələşdirilməsi üçün lazımı vəsaitin tapılması məsələsi ilə qarşılaşıb. İqtisadiyyata cavabdeh olan nazirlər qətiyyəli şəkildə iri miqyaslı özəlləşdirməyə gedilməsinə cağırırlar.

Bu aşağı düşən bazarda son vasitədir. Lakin əgər belə “satışa çıxarma” düzgün aparılarsa, onda bu əməliyyat iqtisadiyyata daha açıq olmağa,həm də bütov onilliklər ərzində iqtisadiyyat üzərindəki sərt nəzarətdən və Putinin dostlarının varlanmasından sonra, özəl biznesə kömək göstərə bilər. Amma Putin açıq şəkildə deyib ki, özəlləşdirmə yalnız onun qoyduğu şərtlər altında gedə bilər. Putin altı şərt irəli sürüb. Onlardan ikisi çox mühümdür. Putin bildirib ki, dövlət “sistemyaradan” şirkətlərin səhmlərinin nəzarət zərflərini öz əlində saxlamalıdır və onların yeni sahibləri isə Rusiya yurisdiksiyasında olmalıdırılar və həm də ki, bu sahibkarlar ödəmələri dövlət banklarından götürülmüş kreditlər hesabına deyil, yalnız öz resursları vasitəsilə həyata keçirməlidirlər (Qeyd etəmək lazımdır ki, bu gün iri özəlləşdirmə layihələrini yalnız dövlət bankları maliyyələşdirmək imkanındadırlar). Mahiyyət etibarı ilə Putin istəyir ki, Rusiya şirkətləri, dövlət nəzarəti altındakı müəssisələrdəki payı almaq üçün, öz kapitallarını ofşor zonalardan geri qaytarsınlar.

İqtisadiyyat naziri Aleksey Ulyukayevin sözlərinə görə, “Rosneft”, “Başneft” şirkətləri və həmçinin də almaz istehsal edən “ALROSA” 2016-cı ildə satılmaq üçün siyahıda ilk sıradadırlar. ”Rosneft” və “Başneft”in maliyyə aktivləri əsas etibarı ilə milyarderlər Mixail Xodorkovski və Vladimir Yevtuşenkoya aid olan müəssisələrin müsadirəsindən formalaşıb. İndi gözlənilir ki, yeni sahibkarlar öz pullarını sıfır nəzarət və müsadirə riskinə yatıracaqlar?

Putinin dostlarından başqa kiminsə bu cür şərtlərlə razılaşacağı inandırıcı görünmür. Əgər belə bir özəlləşdirmə baş verərsə, onda bu, Putin iqtisadi siyasətinin və Rusiya iqtisadiyyatının lənətlənmiş xarakterinə uyğun şəkildə hökumət ilə biznesin birləşməsini daha da sürətləndirəcək.

Beləliklə, Putin hər hansı bir kompromisə getməyə hazır deyil, ancaq hər halda, o, rusiyalıların gərgin vəziyyətdə olduqlarını artıq hiss etməlidir. Rusiyanın müstəqil “Levada-Mərkəz” sosiolji araşdırmalar təşkilatının məlumatına görə, Putinin populyarlıq reytinqi 2015-ci ilin iyun ayında 89% olduğu halda, bu göstərici hal-hazırda 82%-ə enib. Hökuməti və Dumanın reytinqi isə daha sürətlə düşür.

Bundan başqa, əgər 2015-ci ilin iyununda rusiyalıların 22 %-i ölkənin dalana girdiyini bildirirdisə, indi bu cür düşünənlərin sayı 34%-ə yüksəlb. Belə aydın görünən əlverişsiz şərtlər daxilində bu cür fəaliyyətlə məşğul olmaq üçün, ya avantürist, ya da paradoksal şəkildə hesablama qabiliyyətinə malik böyük bir usta olmaq lazımdır. Amma birinci bənzətmə daha çox yerinə düşür.

2000–ci ildə çap olunmuş və Putinin səmimi müsahibələrinin məcmusu olan “Birinci şəxs tərəfindən” kitabında, Rusiya lideri öz davranışları barəsində izah verir. O, danışır ki, tələbə vaxtı dzyudo məşqçısi ilə özünün “Zaporojets” adlı konserv bankasında Leninqrad yaxınlığındakı təlim-məşq bazasına gedirdilər:
“Bir dəfə “Trud” idman cəmiyyətinin baş məşqçisi ilə Leninqrad yaxınlığındakı bazaya gedirdik. Mən onda universitetdə oxuyurdum. Qarşıdan otla dolu bir yük maşını gəlirdi. Mənim pəncərəm açıqdı və otun xoş iyi vururdu. Döngədə mən yük maşını ilə yan-yana gələndə ota tərəf dartındım. Maşınlar demək olar ki, bitişmişdilər… Qəfildən sükan yana tərəf qaçdı. Məni yük maşının arxa təkərinə doğru çəkdi. Tez sükanı əks tərəfə doğru düzəltdim. Bədbəxt “Zaporojets” iki təkəri üstündə durmuşdu. Praktik olaraq idarəetməni itirmişdim. Əlbəttə, biz yolun qırağına uçmalıydıq, lakin xoşbəxtlikdən hər şey əvvəlki vəziyyətinə qayıtdı – maşın yenidən dörd təkəri üstündə dayandı. Məşqçım isə ölü kimi hərəkətsiz oturmuşdu və bir kəlmə də dinmirdi. Yalnız biz mehmanxanaya çatanda, o, maşından düşdü və mənə baxaraq dedi: ”Risk edirsən”. Heç bir şərh vermədən uzaqlaşdı. Bəli, bu cür tamamilə izahedilməz addımlar da olur. Axı, görəsən, məni həmin maşına tərəf çəkən nəydi? Yəqin ki, otun xoş ətri vardı.”

Müəyyən mənada Putin hələ indiyədək də, yoldan çıxa biləcəyi təhlükəsinə əhəmiyyət vermədən, əlini nə isə yaxşı ətir saçan bir şeydən yapışmaq üçün uzadır. Ancaq indi o yaman günlü “Zaporojets”i yox, böyük bir ölkəni idarə edir.(azpolitika.info)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar