Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putindən Əliyevə məktub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib


Təbrik məktubunda deyilir: “Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və başqa sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz haqlı olaraq beynəlxalq arenada yüksək nüfuz qazanıb.

Qədim köklərə malik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Məzmunlu siyasi dialoq qurulub, müxtəlif istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq genişlənir.

Əminəm ki, biz birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrin bütün kompleksinin daha da genişlənməsini, habelə regional və beynəlxalq gündəlikdəki aktual problemlərin həllində qarşılıqlı tərəfdaşlıq əlaqələrini təmin edəcəyik. Bu, ölkələrimizin qardaş xalqlarının köklü mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar, həmvətənlərinizə sülh və firavanlıq diləyirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar