Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinə yaxın olan politoloqun Dağlıq Qarabağ təhdidi nə qədər realdır?


Qabil Hüseynli: “Azərbaycan Dağlıq Qarabağda öz ərazi bütövlüyünü bərpa etmək istərsə, Rusiyanın müdaxilə etməsi üçün heç bir hüquqi əsası yoxdur”


“Təhdid formasında çıxışlar, beynəlxalq hüquq normalarına  və beynəlxalq münasibətlərə yaraşan addım  deyil”.

Bu sözləri politoloq Qabil Hüseynli PİA.AZ-a Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markovun təhdidinə münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, dünən Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov Türkiyə sərhədində Rusiya təyyarəsinin vurulması ilə gərginləşən Rysiya-Türkiyə münasibətlərini şərh edərkən bildirib ki, AzərbaycanErmənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. 

Putinə yaxınlığı ilə tanınan Markovun bu bəyanatı nə dərəcədə realdır? Doğurdanmı Azərbaycan Dağlıq Qarabağda öz ərazi bütövlüyünü bərpa etmək istərsə, Rusiyanın müdaxilə etməsi üçün hüquqi əsas var? Kollektiv Təhlükəsizlik Müqaviləsi Rusiyaya belə bir hüquq tanıyırmı?

PİA.AZ-ın əməkdaşı bu mövzunu politoloq Qabil Hüseynli  ilə müzakirə edib.


Qabil Hüseynli: “Məndə hələ də Rusiyanın Dağlıq Qarabağın hüdudlarından kənardakı  rayonların geri qaytarılmasında Azərbaycana dəstək verəcəyinə az da olsa inam qalıb”


Dağlıq Qarabağ probleminin yaradıcısının Rusiya olduğunu vurğulayan politoloq Qabil Hüseynli Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsində Rusiyanın Azərbaycana dəstək olacağına inanır:

Azərbaycandakı Dağlıq Qarabağ probleminin yaradıcısı da Rusiyadır. Bu bölgədə bir çox proseslərin dinamiti rolunda oynayan və Ermənistanı da öz quberniyasına çevirən Rusiyadır. Bir  təyyarəsinin beynəlxalq hüquqlar çərçivəsində vurulmasından süni ajiotaj yaradan və az qala dünyanı yerindən oynadan Rusiya birdən-birə Azərbaycanın ərazi bütövlüyünə, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların azadlığı məsələsinə də deyəsən fərqli yanaşmağa başlayır. Məndə hələ də Rusiyanın Dağlıq Qarabağın hüdudlarından kənardakı  rayonların geri qaytarılmasında Azərbaycana dəstək verəcəyinə az da olsa inam qalıb. 

Onsuzda  Rusiyanın Gürcüstanda, Suriyada, Ukraynada, Baltikyanı Respublikada və başqa bölgələrdəki hərəkətləri heç bir məntiqə sığışmır və dünya tərəfindən rahatlıqla qarşılanmır. Ortada işğal edilmiş ərazilər və həmin ərazilərin azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların rəyi var. Xüsusilə də Minsk qrupu 7 rayonun  azad edilməsini tələb edir. Bugünlər də isə Avropa Şurası Parlament Assambleyası Sərsəng su anbarı ətrafındakı erməni əsgərlərinin geriyə çəkilməsini və sudan təzyiq vasitəsi kimi istifadə edib ekoloji tarazlığı pozan erməniləri qınayan bir qətnamə qəbul edib. Əgər Rusiya haqq-ədalətin tərəfindədirsə , Avropa Şurasının Sərsəng su anbarına dair qəbul etdiyi qərarın müzakirə edilməsi ilə bağlı bəyanat verməli idi. 

Rusiya Sərsəng su anbarından suyun ötürülməsi ilə bağlı danışsaydı, bu Azərbaycanın 7 rayonunu susuz qoyan, bu bölgədə kənd təsərrüfatı məhsullarının, flora və faunanın məhv edilməsinin qarşısını alardı və ictimai rəydə daha yaxşı rezonans doğurardı. Yoxsa ki, təhdid formasında çıxışlar beynəlxalq hüquq normalarına  və beynəlxalq münasibətlərə yaraşan addım  deyil.  Bu addımın İlham Əliyevin Türkiyə TIR-larının Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə maneəsiz keçidinə  verdiyi təlimatdan sonra reallaşması Rusiyanın nə qədər kinli olduğunu nümayiş etdirir. 

Azərbaycan Dağlıq Qarabağda öz ərazi bütövlüyünü bərpa etmək istərsə, Rusiyanın müdaxilə etməsi üçün heç bir  hüquqi əsası yoxdur. İndiyə qədər demirdilər ki, Dağlıq Qarabağ və onun ətrafındakı rayonları hansısa milli azadlıq hərakatının qoşunları həyata keçirib, erməni ordusu baş verən toqquşmalarda  və münaqişələrdə iştirak etməyib, Ermənistanın qondarma Dağlıq Qarabağa maddi və mənəvi yardımından başqa heç bir köməyi olmayıb. Azərbaycan öz daxilində üsyan qaldırmış bir quldur dəstəsinə qarşı bir tədbir həyata keçirmək istəyirsə, Rusiyanın qarışmağa heç bir hüququ və mənəvi haqqı yoxdur.  Rusiyada hüquq və mənəviyyat müstəviləri çoxdan aradan çıxıb”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar