Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putini Bakıya gətirən 4 vazkeçilməz səbəb


İlham Əliyevin Riqa sammitində iştirakdan imtinasından bir gün sonra Kreml başçısının Avropa Oyunlarının açılışına qatılacağı haqda xəbər təsadüfdürmü?


Rusiya liderinin Ərdoğanla görüş fürsəti də gerçəkləşir.Türkiyə prezidenti Rəcəb Tayyib Ərtdoğanın ardınca onun rusiyalı həmkarı Vladimir Putinin də I Avropa Yay Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya gələcəyi dəqiqləşib. Bu haqda Kremlin mətbuat xidmətinə istinadən xəbər yayılıb. Mətbuat xidmətindən o da əlavə edilib ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə daha ətraflı sonra məlumat veriləcək.

Putinin Bakı səfəri əslində gözlənilən idi. Çünki Rusiya dövlət başçısı aprelin 24-də İrəvan səfər etməklə Türkiyə ilə yanaşı Azərbaycanı də məyus etmiş, Dağlıq Qarabağ məsələsində ədalətli münsif olmadığı barədə ölkəmizdəki, rəsmi Bakıdakı qənaəti möhkəmləndirmişdi. 

Yada salaq ki, Putinlə birgə İrəvanda olmuş Fransa prezidenti Fransua Olland aprelin 24-ü axşam Bakıya gəlsə də, Rusiya prezidenti İrəvandan birbaşa Moskvaya qayıtmış, Bakının “könlünü almağa” lüzum görməmişdi. İndi belə görünür, gec də “balansı bərpa eləmək” qərarına gəlinib.

*    *   *
Maraqlıdır ki, Kremlin mətbuat xidmətinin səfərlə bağlı xəbəri yayılandan bir gün qabaq Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyinin Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitinə qatılmayacağı haqda informasiya verilib. Hakimiyyətə yaxın mənbələr bu addımın Qərbin müəyyən dairələrinin Avropa Yay Oyunları ərəfəsində Azərbaycan əleyhinə apardığı anti-təbliğat kampaniyasına cavab olaraq atıldığını vurğulayıblar. 

Azərbaycanı Riqa sammitində təmsil edən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov isə bu iddianı nə təsdiq, nə də təkzib edib. Qeyd edib ki, imtina prezident İlham Əliyevin iş qrafikinin sıxlığı ilə əlaqədardır. Lakin ardınca təəssüflə onu da əlavə edib ki, həqiqətən Azərbaycana qarşı Qərbdə kampaniya aparılır.



*   *   *
Əlbəttə ki, İlham Əliyevin sammitdə iştirakdan imtina etməsinin dəqiq səbəbləri yalnız rəsmi Bakıya bəllidir. Ötən təhlillərimizdə də vurğuladığımız kimi, ola bilsin, bir çox məqamlar geniş ictimaiyyətə hələlik məlum deyil və məlum olması üçün də zamana ehtiyacı var. Necə ki, dəfələrlə belə olub. İstisna deyil ki, ölkə başçısı konkret bu məsələdə fərqli və bizim bilmədiyimiz məlumatlardan çıxış edərək Avropa Birliyinə qarşı demarşa imza atıb. 

Bu xüsusda diqqətçəkici məqam həm də odur ki, Novruz Məmmədovun açıqlaması ilə eyni gündə məlum olub ki, Riqa sammitinin yekun bəyannaməsində Rusiyanı Krımın işğalına görə sərt şəkildə ittiham edən bəndlər var. Artıq Ermənistan və Belarus təmsilçiləri bəyannaməyə bu formada imza atmayacaqlarını bildiriblər. Azərbaycan prezidenti isə Riqaya getmədiyi üçün, seçim qarşısında da olmayıb təbii ki.     



*   *   *
Şübhə yox ki, baş verənləri, ələlxüsus da AzərbaycanErmənistan prezidentlərinin sammitlə bağlı davranışını Moskva diqqətlə izləyir. Bu yerdə yada salaq ki, Riqa sammiti öncəsi Moskva 6 tərəfdaş ölkəni hədələmişdi. Ən maraqlısı da elə Putinin Bakıya gələcəyi barədə xəbərin Azərbaycan prezidentinin Riqaya getməkdən imtina edəndən bir gün sonraya təsadüf etməsidir. Odur ki, sual ortaya çıxır: bu, Kremlin Bakıya etdiyi son reveranslara görə minnətdarlıq jestidirmi? Yaxud Bakının anti-Avropa gedişi Putini Azərbaycana daha yaxın eləmək, onu ölkəmizə gətirmək niyyəti ilə atılan addım olmayıb ki? 

Bəlkə də. Ancaq Rusiya prezidentini Bakıya gətirən daha iki imperativ diqqət çəkir: bunlardan biri Ərdoğanın da Bakıda olacağını fürsət bilən Putinin yaranan unikal şansdan yararlanaraq Türkiyə ilə Rusiya arasında son vaxtlar sərinləşən əlaqələri qaydaya salmaq cəhdləri ilə bağlı ola bilərdi. Son saylarımızın birində bu haqda da yazmışdıq. Qeyd eləmişdik ki, Putinin 24 aprel İrəvan səfəri ilə əhəmiyyətli şəkildə zədələnmiş Moskva-Ankara münasibətlərini sahmana salmaq üçün Bakı əlverişli məkan, görüş yerinə çevrilə bilər. Deyəsən belə də olacaq.

*   *   *
Putini Bakıya gətirən dördüncü motiv qismində isə Azərbaycanın Avrasiya Birliyinə qoşulması üçün Putnin İlham Əliyevdən tet-a-tet, şəxsən xahişdə bulunmaq istəyi görünür. Aydındır ki, Kreml Güney Qafqazın açar ölkəsi olan Azərbaycanı Avrasiya projelərinə qoşmaq, Qərbdən birdəfəlik uzaqlaşdırmaq üçün yollar axtarır. 

Ancaq Putinin xahişi yerə də düşə bilər. Nədən ki, Bakının Avrasiya Birliyinə qoşulması üçün əsas şərti çoxdan bəllidir - Moskva İrəvanı Dağlıq Qarabağ məsələsində ciddi dönüş yaratmağa vadar eləməli, heç olmasa, Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməlidir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar