Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putini yamsılamaq


Azərbaycanda hər bir dövlət qərarının artıq tamamilə Rusiyadan köçürüldüyünü deyə bilərik. Yenə qabaqlar bir neçə ay keçməsini gözləyir və iki-üç sözü dəyişirdilərsə, indi buna da ehtiyac duymurlar. Putin şimalda asqıran kimi bizim yapistlər eyni resept və virusla cənubda qrip olurlar


Misal üçün, Putin bir ara internet istifadəsini sərtləşdirmək üzrə qanunlar düzəltdi. Hətta bir neçə hökumət əleyhinə şərh yazanın kompüterini müsadirə elədilər. Dərhal Bakıdakı deputatxana bənzər qanun düzəltdi.

Orda hökumət müxalif fikirləri itirmək, interneti zibilləmək üçün “Troll fabriki” saxlayır, bizdə də eynisini yaradıblar. Putin hansısa generalı rüşvət üstündə tutub korrupsiya ilə mübarizə görüntüsü yaradır - bizdə də hansısa pullu generalı tuturlar.

Orda pensiya yaşı keçən ilin mayında artırıldı, kişilər üçün 65 yaş oldu (60 idi). Həmin qərar 2017, 1 yanvardan qüvvəyə minib. Biz də indi eyni qanunu qayırdıq. Hazırda ruslar vergi məcəlləsini dəyişməyə hazırlaşır. Mən yüz faiz əminəm ki, Vergilər Nazirliyində bir neçə nəfər oturub Rusiyadakı “yeniliyin” mahiyyətini diqqətlə izləyir. Çünki yuxarıdan tapşırıq belədir! “Diqqətli olun, Putin fınxırsa da xəbərimiz olsun” - vəziyyət budur.

Ancaq Rusiyanı yamsılamaqdan kiməsə xeyir gəlibmi? Yox. Ən azı rusların ən yaxın dostu sayılan Belarusdan dərs almaq olardı. Hətta Lukaşenko öz mənafeyi naminə rusların əleyhinə getməkdən, Avropa Birliyi, ümumən Qərb və Rusiya arasında oyun oynayıb hakimiyyətini qorumaqdan çəkinmir, bizimkilərsə kor-koranə Putini təqlid edir. Bir örnək göstərim, bunun özü dünyada “Rusiya, yoxsa Qərb” seçimində kimə tərəf olmağın mənasını gözəl açır.

Bildiyiniz kimi, rusların əliylə Gürcüstana düz iki dənə “Qarabağ münaqişəsi” düzəldilib: Cənubi Osetiya və Abxaziya problemləri. Ancaq Saakaşvili problemi dişinə vurandan sonra bizimkilərdən ağıllı tərpəndi, abxaz və osetinlərin başını de-fakto buraxdı, dedi, gedin, o Rusiya, o da siz - xoşbəxt olun. Hərçənd, istəsə bu davanı daha da qızışdırıb hakimiyyətdə qalardı. (Doğrusu, “istəsə” sözünü o qədər də ürəklə yazmadım, çünki istəmək hələ hər şey deyil, gürcülər buna imkan verərdimi, bu da var). Maşallah, nə çox kasıb... Balasını “vətən uğrunda” öldür, yaxasına dəmir as, xoşbəxt olsun. Gürcülər bu münaqişələrə o qədər ağıllı yanaşdılar ki, hətta Avropa Birliyi təzəlikcə onlara Şengen vizasını müftə-müsəlləm açıq elan edəndə dedilər tək bizim üçün olmasın, abxaz və osetinləri də qoşun. “Nə olsun separatçılığa uyublar, düşmən ruslara alət olublar - bizim vətəndaşlardır” məntiqiylə. Əslində biz də bunu etməliydik, iti-qurdu davaya qatışdırana qədər Dağlıq Qarabağdakı erməni vətəndaşlarımızla özümüz danışmalıydıq. Tema nə olur-olsun, hər hansı ilkin şərt qoymadan danışmalı idik. Onları Ermənistanın qucağına atmamalıydıq. Bəlkə də heç indi də gec deyil.

Uzun sözün qısası, gürcülər üzü Avropaya gedirlər, üstəlik separatçı “xəyanətkarları” da özləri ilə aparıb adam eləmək istəyirlər. Bu, Avropanın təklif etdiyidir. Bəs ruslar alternativ olaraq nə verir? Məncə iki gün qabaq Rusiyanın qəbul elədiyi qərar bu temada olduqca simvolikdir: Moskva belə qanun çıxartdı ki, abxazlar və osetinlər rus ordusunda xidmət eləyə bilərlər!

Əladır, deyilmi? Biri sənə modern, bizim standartdan az qala cənnət kimi görünən Avropanın qapılarını açır, o biri isə əsgər forması geyib müxtəlif yad ellərdə (Suriyadan tutmuş Ermənistana, Tacikistandan Ukraynaya qədər) mənasını heç Putinin də anlamadığı əcaib müharibələrdə döyüşüb ölməyi təklif edir. Sözgəlişi, bu qanun tək Gürcüstan vətəndaşı olan abxaz və osetinlərə aid deyil, keçmiş SSRİ tərkibindəki istənilən respublikanın vətəndaşı bu gün rus əsgəri ola bilər. 2000-ci illərdə də belə qanun var idi, sonra nəsə qüvvədən düşmüşdü. Görünür dava çoxalıb, pul azalıb, rus ordusuna təzə qan lazımdır.(musavat.com)

 Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar