Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Gömrük Birliyi Ermənistanın blokadasını zəiflədə bilərmi?


Azər Qasımlı: “Korrupsiya, bürokratiya və digər qeyri-qanuni vəziyyətlər Gömrük Birliyinin işlək mexanizm kimi fəaliyyət göstərməsinə imkan vermir”


Fikrət Yusifov: “Ortada həmişə “böyük qardaşın” iqtisadi maraqları daha üstün bir şəkildə olacaq, bu isə öz növbəsində Vahid Gömrük Məcəlləsinin normal tətbiqini əngəlləyəcək”.

İki gün öncə Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin gömrük birliyinə daxil olması ilə bağlı qanunu imzalayıb. Müqavilənin məqsədi AİB ölkələrində vahid gömrük nizamlanmasını təmin etməkdir. Gömrük Məcəlləsi gömrük əməliyyatlarının optimallaşdırılmasını, gömrük qaydalarının daha da liberallaşdırılmasını, gömrük prosedurlarının sadələşdirilməsini, gömrük əməliyyatlarının avtomatlaşdırılmasını, “vahid pəncərə” sisteminin tətbiqini və s. nəzərdə tutur. Və məcəllənin 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.    



Ermənistanın da Rusiya, Qazaxıstan, Belarusiya və başqa ölkələrlə eyni gömrük məkanına daxil olacağını nəzərə alsaq, bu, Azərbaycanın Ermənistana tətbiq etdiyi iqtisadi blokadanı nə qədər zəiflədə bilər və Ermənistan bu Gömrük Birliyi vasitəsilə qanunsuz olaraq  işğal altında olan Dağlıq Qarabağdan istifadə edərək  iqtisadi və hərbi gücünü artıra bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Azər Qasımlı və “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun  fikirlərini öyrənib.

Image result for azər qasımlı

Azər Qasımlı: “Ermənistan Gömrük Birliyinə qoşulmaqla, Azərbaycanın bu ölkəyə  tətbiq etdiyi iqtisadi blokadanı zəiflədə bilməz”.


Gömrük Birliyinin Avrasiya İqtisadi İttifaqı ölkələrinin iqtisadi inkişafı üçün heç bir müsbət nəticə verməyəcəyini qeyd edən politoloq Azər Qasımlıya görə, bu durumda Ermənistanın da  iqtisadi və hərbi gücünün inkişaf ola bilməz:

Ermənistan Gömrük Birliyinə qoşulmaqla, Azərbaycanın bu ölkəyə  tətbiq etdiyi iqtisadi blokadanı zəiflədə bilməz. Çünki  Ermənistanla  Rusiya və digər ölkələr arasında sərhəd yoxdur. Rusiya ilə Ermənistanın arasından Gürcüstan sərhədi keçir. Bu baxımdan gömrük birliyinə qoşulmaq Ermənistan iqtisadiyyatına ciddi təsir etməyəcək. Digər tərəfdən, Gömrük Birliyinin özündə ciddi problemlər var. Bu birliyin adı və özü var, amma mahiyyət baxımından prinsipallığı aşağıdır və daxil olan ölkələrə heç nə qazandırmır. 

Fikrimcə, imzalanan sazişlər də bir işə yaramayacaq. Bu gömrük birliyində görüləcək işlər həddən artıq çoxdur. Korrupsiya, bürokratiya və digər qeyri-qanuni vəziyyətlər Gömrük Birliyinin işlək mexanizm kimi fəaliyyət göstərməsinə imkan vermir. Onu da qeyd edim ki, bu birliyin Dağlıq Qrabağ münaqişəsinin həllinə ciddi təsiri ola bilməz. Ermənistanın iqtisadi və hərbi gücü məsələsinə gəlincə, bu vəziyyət İran və Gürcüstanla münasibətlərdən daha çox asılıdır”. 

Image result for fikrət yusifov pia.az 2017

Fikrət Yusifov: “Ermənistan hərbi-siyasi və iqtisadi cəhətdən Rusiyadan tam asılı bir dövlət kimi, gömrük tənzimlənməsi məsələlərində defakto ortaya bərabərhüquqlu olmaq tələbini qoya bilməyəcək”.


Məlum birliyin uzunmüddətli olmayacağını ehtimal edən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov hesab edir ki, mövcud imzalanmada Rusiya öz maraqlarını daha çox düşünür:

“Avrasiya İqtisadi Birliyinin Gömrük Məcəlləsinə dair müqavilənin ratifikasiyasından sonra Birliyə daxil olan ölkələrdə vahid gömrük nizamlanmasının tətbiqi və  bununla da gömrük əməliyyatlarının daha da liberallaşdırılması nəzərdə tutulur. Bu sənədin nə qədər uğurla işləyə biləcəyini zaman göstərəcək. 

Əgər qanun qüvvəyə mindikdən sonra birliyə daxil olan ölkələr arasına bütün gömrük əməliyyatları vahid gömrük nizamnaməsinə tam uyğun aparılarsa, o halda qüvvəyə minən sənədin uğurla icra edilməsindən danışmaq mümkündür. Yox, əgər bu sənədin icrası prosesində Rusiyanın iqtisadi maraqları bütün başqa maraqlardan üstün tutularsa, o halda onun uzunömürlü olması mümkün deyil. 

Görünən budur ki, belə meyllər olacaq və bu qaçılmazdır. Qısa bir xatırlama dediklərimizin nə qədər əsaslı olduğunu çox aydın bir şəkildə sübut edər. Rusiya və Belarusiya artıq neçə illdir ki, İttifaq Dövləti çərçivəsində yaşayırlar. Bu müddət ərzində bir ittifaqda birləşən bu iki dövlət arasında dəfələrlə iqtisadi maraqlar üzündən münasibətlər gərginləşib və nəticə etibarilə iqtisadi əlaqələr pozulub, bəzi məhsulların ixracına qadağalar qoyulub və s. Hər dəfə də bu gərginliyi Rusiya tərəf yaradıb. Daha aydın desək, Rusiya Belarusiya İttifaq dövlətinin bir neçə illik iqtisadi əlaqələrini  qısa təhlil edən hər bir kəs, Avrasiya İqtisadi Birliyi ölkələrinin Vahid Gömrük Məcəlləsinin necə işləyəcəyinə indidən qiymət verə bilər. 

Mən şəxsən onun uğurla işləyəcəyinə inanmıram. Ortada həmişə “böyük qardaşın” iqtisadi maraqları daha üstün bir şəkildə olacaq, bu isə öz növbəsində Vahid Gömrük Məcəlləsinin normal tətbiqini əngəlləyəcək. Ermənistanın isə hansı birliyə, hansı ittifaqa daxil olmasından asılı olmayaraq, işğalçı siyasətini yerə qoymayınca regionda iqtisadi blokada şəraitində boğulacaq. Digər tərəfdən, Ermənistan hərbi-siyasi və iqtisadi cəhətdən Rusiyadan tam asılı bir dövlət kimi, gömrük tənzimlənməsi məsələlərində defakto ortaya bərabərhüquqlu olmaq tələbini qoya bilməyəcək. Bunu ermənilər özləri də çox yaxşı başa düşürlər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar