Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin hərbi bloku Ermənistanda təlimlərə başladı

Təlimlərdə KTMT-nin xüsusi polis, eləcə də xüsusi təyinatlı qüvvələri iştirak edəcək


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanda təlimə başlayır. Anspress-in məlumatına görə, təlimlərə bu gündən start veriləcək.

Birgə xüsusi – taktiki təlimlər “Kobalt-2016″ adı altında keçiriləcək. Təlimlərdə daxili işlər orqanlarının bölmələri və bu təşkilata üzv dövlətlərin polisləri cəlb edilib.

Həmçinin təlimlərə təşkilatın xüsusi təyinatlı qüvvələri də qoşulacaq. Ermənistan Müdafiə Nazirliyinin “Baqramyan” tədris mərkəzində keçiriləcək təlimləri təşkilatın birinci katibi Nikolay Bordyuja da izləyəcək.

Təlimlərin əsas məqsədi daxili qoşunların xüsusi bölmələrinin hərbi qulluqçularının praktik bacarıqlarının təkmilləşdirilməsidir. Həmçinin təlimlər zamanı xüsusi təyinatlıların terrorçu və digər cinayətkar qrupları zərərsizləşdirməsi  bacarıqları yoxlanılacaq.

Nikolay Bordyuja - KTMT-nin baş katibi

Nikolay Bordyuja - KTMT-nin baş katibi 

Yoxlama təlimlərində döyüş və hərbi-nəqliyyat helikopterlərindən istifadə nəzərdə tutulur. Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan,Rusiya və Tacikistanın daxili qoşunları qüvvələri iştirak edəcək.

Hazırda Ermənistan və təşkilat üzvü dövlətlər bir araya gəlib təlim keçirsələr də rəsmi İrəvan aprelin əvvəlində cəbhədə baş verən gərginliklər zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlara dəstək verməməsindən şikayətlənirdi.

Ermənistanın xarici işlər nazirinin müavini  Şavarş Koçaryanjurnalistlərə açıqlamasında demişdi ki, Ermənistan müdafiə məsələlərində  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər strukturlara deyil,  yalnız özünə güvənməlidir. O, müttəfiqlərinin və KTMT ölkələrinin öz öhdəliklərini yerinə yetirməli olduqlarını demişdi.

Təşkilatın ötən il keçirdiyi təlimlər

Təşkilatın ötən il keçirdiyi təlimlər

Onlar hesab edirlər ki, KTMT-yə daxil olan dövlətlərdən Belarus, Qazaxıstan və Rusiya açıq formada bitərəflik nümayiş etdirib. Digərləri isə cəbhədəki gərginliyə münasibət bildirməkdən boyun qaçırdılar.

Hətta Qazaxıstan bəzi hallarda Azərbaycanın mövqeyini müdafiə etdi. Çünki KTMT-nin İrəvanda keçirilməsi planlaşdırılan iclası Qazaxıstanın təklifi ilə təxirə salındı.  Rəsmi Astana səbəb kimi isə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini göstərdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar