Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin növbəti hədəfi Gürcüstandır?



"Prezident Vladimir Putin Rusiya Federasiyasının müxtəlif yerlərində hərbi təlimlər keçirib. Buna görə də onun hərbi gücdən növbəti dəfə harada istifadə edəcəyini demək mümkün deyil"


Ancaq bir mümkün ssenari var: "Kavkazskaya Politika" saytında bu yaxınlarda dərc olunmuş məqalədə belə bir versiya irəli sürülüb ki, Moskva Qafqazda NATO üzvlüyünə doğru irəliləyən ölkə ilə yeni müharibəyə hazırlaşır. Ancaq həmin məqalə dərhal saytdan çıxarılıb ki, bu da gəlinən qənaətin Kreml üçün necə həssas olduğunu göstərir".

Amerikalı təhlilçi Pol Qobl jamestown.org-da yazır ki, nüfuzlu siyasi təhlilçilərdən olan Anton Chablinin həmin məqaləsi bu ayın əvvəlində saytda çıxıb, ancaq dərhal da yığışdırılıb. İndi yazını ancaq arxivdə tapmaq olar.

Chablin belə bir fikir irəli sürür ki, Moskva nəinki Şimali Qafqazda qüvvələrini gücləndirir, Kreml özünə elə bir mövqe hazırlayır ki, Qafqazdakı qonşularından birinə qarşı hərbi əməliyyata başlaya bilsin.

Stavropolda yerli jurnalistlər və əhali son həftələr buraya ağır silahların gətirilməsindən şoka düşüb. Silahların həcmi o qədərdir ki, yollarda piyadaların hərəkəti də pozulur. Chablin qeyd edir ki, bu dəfə hərbi idarənin mətbuat xidməti də susur.

Bu, yanvardan bəri davam edən hərbi təlimlərin bir hissəsi də ola bilər. Ancaq hərbi ekspertlər regionda fövqəladə hərbləşməyə əbəs yerə diqqət çəkmirlər və sual edirlər ki, «yeni müharibəyə hazırlaşırıq?». Gətirilən yeni avadanlıq sınaqdan keçirilir və yerli qüvvələrə birləşdirilir. Fevralın əvvəlində isə Çeçenistan və Şimali Osetiyada böyük təlimlər keçirilib.

Müəllif təlimlərin NATO-ya üzv olmaq istəyən iki ölkənin – Ukrayna və Gürcüstanın sərhədində keçirilməsinə diqqət çəkir. Abxaziya və Cənubi Osetiya ilə yeni inteqrasiya sazişlərini də nəzərə alanda, Putinin növbəti hədəfinin Gürcüstan olduğunu təxmin etmək olar. Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya Gürcüstanla 5 günlük müharibə də edib.

"Belədirsə, Putin yəqin indi Gürcüstanın daha dərinliklərinə girməyi, Tiflisdə elə bir hökumət qurmağı planlaşdırır ki, onun iradəsinə tabe olsun və Avropa Birliyi və NATO yolundan dönsün" - Pol Qobl yazır.(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar