Rusiya prezidentinin təhlükəsizlik xidmətinə yeni rəis təyin olunub
APA-nın məlumatına görə, bu barədə “İnterfaks” Rusiya prezidentinin mətbuat xidməti Dmitri Peskova istinadən xəbər yayıb.
Bildirilir ki, bu vəzifəyə general-mayor Aleksey Rubejnoy təyin edilib.
Xatırladaq ki, bu vəzifəni icra edən Dmitri Koçnev bu ilin may ayında Rusiya Federal Mühafizə Xidmətinin rəisi təyin olunub.
pia.az