Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin türklərə qarşı “soyqırım kartı“...


Rusiyalı deputatlar qondarma “erməni soyqırımının” inkarına görə 500 min rubl məbləğində cərimə və 5 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etməyi təklif edirlər. Məlumata görə, yeni qanun layihəsi Rusiya Dumasına müzakirəyə çıxarılması üçün təqdim edilib


Qanun layihəsinə əsasən, 1915-1922 ci illər ərzində Osmanlı Türkiyəsində baş verən qondarma “erməni soyqırımının” inkar edilməsi, həmçinin bu cinayətlərə dəstək verilməsi 300 min rubl və ya iki illik əmək haqqı məbləğində cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etmək təklifi edilir. 

Əgər “soyqırım” KİV-in istifadəsi ilə inkar edilirsə, tətbiq olunan cərimə məbləğinin yuxarı həddini 500 min rubla qədər, azadlıqdan məhrum etmə cəzasını isə 5 il müddətinə qədər qaldırmaq təklif olunur. Belə bir qanun layihəsinin Rusiya Dumasına müzakirəyə çıxarılması üçün təqdim edilməsi şübhəsiz ki, Rusiyanın təyyarə qalmaqalından sonra Türkiyəyə “cəza” tədbiri kimi qiymətləndirilir. Ancaq, qanun layihəsinin Dumada qəbulu real görünmür. Politoloqlar da bu fikirdədir. 

Deputat, politoloq Elman Nəsirov hesab edir ki, Rusiyanın Türkiyəyə qarşı tətbiq edəcəyi cəza tədbirləri əks təsir verəcək: “Qondarma “erməni soyqırımı”nı tanımamağa görə vətəndaşların hüquqi baxımdan cəzalandırılması bir zamanlar Fransada da gündəmə gətirilmişdi. Bu, birbaşa Fransa-Türkiyə münasibətlərindəki gərginlik fonunda baş verən hadisə idi. Lakin son anda qanun layihəsi qəbul olunmadı. Hazırda təyyarənin vurulması ilə Türkiyə ilə Rusiya arasındakı münasibətləri xeyli gərginləşdirib. Rusiya Türkiyəyə qarşı cəza tədbirləri sırasında qondarma “erməni soyqırımı” kartından da istifadə etməyə çalışır. Rusiyalı ekspertlər bu məsələni daha çox qabardırlar. Hətta bununla bağlı müvafiq qanunvericilik aktının qəbul edilməsini təklif edirlər. Rusiya tərəfi bununla da Türkiyə təzyiq etməyə çalışır. Rusiya qondarma “erməni soyqırımı”nı tanıyıb. Lakin buna görə, hansısa cəza tədbirlərinin verilməsi qəbul edilməyib. Fransada olduğu kimi Rusiyada da belə bir qanun layihəsinin qəbul olunacağını gözləmirəm”. 

Deputat Asim Mollzadə hesab edir ki, qondarma “erməni soyqırımının” inkarına görə hazırlanan layihəyə Türkiyə ciddi əhəmiyyət verməməlidir: “Hansısa siyasətçinin bəyanatlarını Rusiyanın dövlət siyasəti kimi qəbul etmək olmaz. Bu insanlar Türkiyə ilə Rusiya arasındakı münasibətləri daha da pisləşdirmək üçün belə ifadələr işlədirlər. Bu barədə nə Rusiya prezidenti, nə də xarici işlər nazirliyi açıqlama verib. Hazırki durumda bu qanun layihəsinin qəbul olunacağına inanmıram”.

A. Mollazadə qeyd edib ki, “Azərbaycan Türkiyə ilə “bir millət iki dövlət” düstüru ilə yaşayır: “Türkiyə Azərbaycana qardaş, Rusiya isə qonşu dövlətdir. Biz bu dövlətlər arasında münasibətlərin müsbət istiqamətdə inkişafında maraqlıyıq. Tərəflər arasında emosional çıxışlar, tələblər ola bilər. İnanmıram ki, Rusiya cürət edib NATO ilə müharibəyə getsin. Rusiyanın Türkiyəyə iqtisadi sanksiyaların tətbiqi ilə bağlı hədə-qorxuları yersizdir. Əksinə, Rusiya tərəfi Ankara ilə münasibətləri düzəltməyə çalışmalıdır”. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar