Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin varis planı açıqlandı - general Dyumin!

Rusiya prezidenti Vladimir Putin ötən həftə müdafiə nazirinin müavini, general Aleksey Dyumini Tula vilayətinin qubernatoru təyin edib


Rusiya prezidentinin bu qubernator təyinatında ilk baxışdan qeyri-adi heç nə yoxdur.

 Lakin Dyuminin gözlənilmədən müdafiə nazirinin müavini vəzifəsindən mülki idarəçilik sahəsinə təyinat alması o cümlədən Qərbdə xüsusi maraq doğurub. Buna səbəb Dyuminin Putinin ehtimal olunan varisi hesab edilməsidir.

43 yaşlı Aleksey Dyumin Putinin cangüdəni və etibarlı adyutantı olub. Habelə, prezidentin şəxsi xokkey klubunda qapıçı mövqeyində oynayıb. Və bir qayda olaraq, Putinin vurduğu şaybaları qapıdan buraxıb. Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin 2014-cü ilin əvvəlində, Kiyevdə növbəti qərbyönümlü inqilabın baş verdiyi günlərdə ölkədən çıxarılması və Rusiyaya çatdırılması əməliyyatına məhz Dyumin rəhbərlik edib.

Habelə məlum olub ki, Krımın ilhaqında həlledici rol oynayan xüsusi təyinatlı əməliyyata da Dyumin rəhbərlik etmişdi. Bu əməliyyata görə Putin ona “Rusiya Qəhrəmanı” adı verib, general rütbəsinə layiq görüb və quru qoşunlarının komandan müavini vəzifəsinə təyin edib. Cəmi iki ay əvvəl isə Dyumin müdafiə naziri Sergey Şoyqunun müavini təyin olunub.

İndi generalın Tula vilayətinin qubernatoru vəzifəsinə təyin edilməsi ona imkan verəcək ki, bu əyalətə rəhbərlik etməklə növbəti sürətli karyera sıçrayışı ərəfəsində siyasi təcrübə toplasın. Vaxtilə Kremlə işləyən, lakin sonradan hakimiyyətlə münasibətləri korlanan təcrübəli teleaparıcı Sergey Dorenko hesab edir ki, Putin Aleksey Dyumini özünə varis hazırlayır. Onun fikrincə, Dyuminin şansı Putinin ehtimal olunan iki potensial varisi, baş nazir Dmitri Medvedevdən və Moskva vilayəti administrasiyasının rəhbəri Andrey Vorobyovdan daha çoxdur.

Məlumatlara görə, Putin Dyuminə çox etibar edir, o həmişə prezidentin yanında olur. Hazırda Kreml Putinin mümkün varisi haqda hər hansı bəyanat vermir. Ancaq bu günlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Putinin 2018-ci ildə yenidən namizədliyini irəli sürəcəyinə dair qərar hələ qəbul edilməyib. Hərçənd ki, ekspertlər hazırda reytinqi olduqca yüksək olaraq qalan Putinin namizədliyini irəli sürəcəyinə şübhə etmirlər. Bununla belə, Dyuminin potensial varis olaraq hazırlandığını göstərən əlamətlər də nəzərə alınır.

Aleksey Dyumin özü qubernator təyinatının gözlənilməz olduğunu, bu qərar barədə onu son anda məlumatlandırdıqlarını deyib. “Vladimir Vladimiroviçlə söhbətə çağırılanda bu qərar artıq verilmişdi. Mən hərbçi adamam, vətən harada əmr etsə, orada xidmət edəcəyəm”, - Dyumin bildirib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar