Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “B” və “S” planları açıqlandı


“Rusiya mart-aprel aylarında Ukraynanın bir sıra böyük şəhərlərində qiyamlar hazırlayır”


Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “5 kanal”a müsahibəsində “Pyotr Poroşenkonun Bloku” fraksiyasının lideri Yuri Lusenko deyib.
 
“Biz artıq 2014-cü ilin avqust ayında demək olar ki, separatçıları bitirdik. Amma nəhəng ölkənin nizami qoşunları ortaya çıxdı. Bununla belə, Ukrayna ordusu, Milli Qvardiya, könüllülər, dinc sakinlər və partizanların qəhrəmanlığı bu armadanı dayandırdı. İndi “B” planı işə salınır. Putin mart-aprel aylarında Ukraynanın paytaxtı, Xarkov, Odessa və digər böyük şəhərlərdə qiyamlar qaldırmağa çalışacaq”, - Lusenko bildirib.
 
Onun sözlərinə görə, Putin bunun üçün “Kremlin şüurlu və şüursuz agentləri”ni cəlb edəcək, həmçinin terror aktlarından istifadə olunacaq.
 
Yuri Lusenkonun fikrincə, vəziyyət ona görə ağırlaşır ki, bu gün Ukraynada çoxlu insan hakimiyyətdən narazıdır. Lusenko qeyd edib ki, Ukrayna hakimiyyəti böyük şəhərlərdə qiyamlarla bağlı təhlükənin qarşısını almağı bacararsa, Rusiya Donbas hövzəsində genişmiqyaslı hərbi kampaniyaya keçəcək: “Biz aprelin sonuna – “S” planına hazır olmalıyıq. Aprelin sonu - mayın əvvəllərində Donbasda genişmiqyaslı hərbi əməliyyatlar yenilənə bilər”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar