Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə Ərdoğan niyə tez-tez görüşür?


Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan 7-ci dəfə görüşəcək


Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Verilən məlumata görə, Rusiyanın Soçi şəhərində İran, Türkiyə və Rusiya arasında üçtərəfli Suriya müzakirələri keçiriləcək. Türkiyəni görüşdə prezident Ərdoğan təmsil edəcək. Bu, Ərdoğanın Putinlə 6-cı görüşü olacaq. Prezidentlərin görüşü 22 noyabr tarixinə planlaşdırılıb. İranı isə görüşdə prezident Ruhani təmsil edəcək.

Qeyd edək ki, 2017-ci il ərzində Ərdoğan Putinlə 6 dəfə görüşüb. Onlar arasında bu ilin 11 ayı ərzində 13 dəfə telefon danışığı olub. Bu isə iki ölkə tarixində rekord sayılır. Dünya mətbuatında vurğulanır ki, iki ölkə rəhbəri bu ilin son aylarında daha sıx münasibətdə olublar. Dünya siyasətçiləri məsələyə müxtəlif aspektdən yanaşırlar. Azərbaycanlı mütəxəssislər də iki ölkə rəhbərinin tez-tez görüşməsinə birmənalı yanaşmırlar. Politoloq Adıgözəl Məmmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, Putinlə Ərdoğanın tez-tez görüşü əslində bir neçə səbəbdən baş tutur.

“Birinci məsələ iki ölkə rəhbərinin arasında fikir ayrılıqlarını olmasıdır. Hələlik Putin Ərdoğanla ümumi rəyə gələ bilmir. İranın dövlət başçısının da artıq bu müzakirəyə qoşulması Rusiyanın mövqeyini gücləndirəcək. Burada Bəşər Əsəd rejiminin reanimasiyasında söhbət gedir. Faktiki olaraq İŞİD-in sonuna çıxılıb. Bundan sonra Suriyanın gələcək taleyi müzakirə olunur. Etiraf etmək lazımdır ki, Suriyada əsas söz sahib Rusiyadır. Düzdür Suriyada PKK və YPG kimi kürd qruplaşmaları ABŞ tərəfindən çıxış edirlər. Onları da, başqa regionda olduğu kimi neytrallaşdırmaq çox asandır. Putin də, bu səbəbdən ümumi razılaşmaya can atır. O, çalışır ki, Ərdoğan Bəşər Əsədlə kontakta girsin. Ola bilsin ki, Əsədi keçid dövrü üçün saxlayırlar. Sonradan ölkə rəhbərliyinə başqası gətirilə bilər. Lakin hazırda Suriyada əsas Rusiyaya bağlı rejimin taleyi müzakirə olunur”, - deyə A.Məmmədov bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar