Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QAT sədri “xalq diplomatiyası”na qarşı: “Bu prosesi dağıdacam”


Akif Nağı: “Azərbaycandan Ermənistana, Ermənistandan Azərbaycana səfərlərin təşkil olunması, hüquq müdafiəçilərinin birgə mövqe açıqlaması erməni mərkəzlərindən idarə olunan prosesinin tərkib hissəsidir”


“Əgər hər hansısa bir addım atılacaqsa, Qarabağ Azadlıq Təşkilatı (QAT) bu prosesləri dağıtmaq üçün bütün imkanlardan istifadə edəcək”.

Bu sözləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı AzərbaycanErmənistan hüquq müdafiəçilərinin hər iki ölkənin prezidentlərinə və xalqlarına etdikləri müraciətə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, dünən AzərbaycanErmənistan hüquq müdafiəçiləri hər iki ölkənin prezidentlərinə və xalqlarına müraciət qəbul edib. Müraciətdə Erməni və Azərbaycan xalqlarının bu münaqişədən çoxdan yorulduğu və yeni itkilər istəmədəkləri qeyd olunub və  münaqişənin həlli üçün atılması lazımlı olan addımların siyahısı da təqdim edilib.


Müraciəti Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb. 

Təqdim olunan bu müraciətlə bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Akif Nağı: “Ermənilər bizə zərbə vurandan, insanlarımızı qətlə yetirəndən sonra dostluğa, qardaşlığa başlayıblar”.

AzərbaycanErmənistan hüquq müdafiəçilərinin birgə müraciətinin Ermənistanın oyunundan bir parça olduğunu vurğulayan Akif Nağıya görə, Azərbaycan tərəfi bu məsələdə düşünülmüş addım atmalıdır:

“Biz Qarabağ Azadlıq Təşkilatı olaraq hesab edirik ki, Azərbaycandan Ermənistana, Ermənistandan Azərbaycana səfərlərin təşkil olunması, hüquq müdafiəçilərinin birgə mövqe açıqlaması erməni mərkəzlərinin idarə olunan prosesinin tərkib hissəsidir. Burada məqsəd ermənilərin hansı ad altında olursa olsun Azərbaycan cəmiyyətinə nüfuz etməsindən ibarətdir. Onlar Azərbaycan cəmiyyətinə daxil olmaq və sonradan arxadan zərbə vurmaq istəyirlər. Ona görə də fikrimcə, bu məsələdə Azərbaycan tam ehtiyatlı olmalıdır. O prosesdə iştirak edən QHT nümayəndələri başa düşməlidirlər ki, ermənilər onları oyuna çəkirlər. Bu hal dəfələrlə, 1918-20-ci illərdə də olub. Ermənilər bizə zərbə vurandan, insanlarımızı qətlə yetirəndən sonra dostluğa, qardaşlığa başlayıblar və biz buna inandıqdan sonra yenidən arxadan zərbə vurublar. 

Mən müraciətdə baxdım ki, onlar hətta münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardırlar. Bu aldadıcı bir görünütüdür. Azərbaycan tərəfi buna aldanmamalıdır. Bu gün ermənilər xalq diplomatiyasını işə salmaq üçün nəyə desən qol çəkəcəklər. 

Biz birmənalı şəkildə bu müraciətin əleyhinəyik. Əgər hər hansısa bir addım atılacaqsa, Qarabağ Azadlıq Təşkilatı (QAT) bu prosesləri dağıtmaq üçün bütün imkanlardan istifadə edəcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar