Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QMİ-dən Şeyxin oğlunun vəhhabi olması iddilarına cavab


Bu gün Azərbaycanın əksər aparıcı media orqanlarının elektron ünvanına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin vəhhabiliyi qəbul etməsi ilə bağlı məlumatlar daxil olub.


Məlumatda Şeyxin oğlunun vəhhabi təriqətinə qoşulduğu qeyd edilib. İddia olunur ki, A. Paşazadənin oğlu sünni inanclı, türk iş adamı Əli bəyin (söhbət iş adamı Ali Evsendən gedir-red.) qızı ilə ailə qurduqdan sonra iş adamının Misirin Əl-Əzhər Universitetində təhsil almış qohumu vasitəsilə əvvəlcə “İxvan” təşkilatına qoşulub. Daha sonra isə Şeyxin yaxın dostu, deputat Hacı Madər Musayevin oğlunun vasitəsi ilə isə vəhhabilərə qoşularaq şiəlikdən imtina edib.

Göndərilən elektron məktubda Şeyxin buna qarşı çıxdığı, hətta oğlunu yolundan döndərmək üçün mübarizə apardığı, onu şiəliyin tanınmış şəxsləri ilə görüşdürdüyü də qeyd olunub.

Xatırladaq ki, bu yaxınlarda A. Paşazadə radikal dini təriqətləri tənqid edib, dindarları bu təriqətlərə inanmamağa, cəmiyyəti onlarla mübarizəyə çağırıb.

PİA.AZ-ın xəbərinə görə, məsələ ilə bağlı QMİ-dən lent.az-ın sorğusuna cavab olaraq Şeyxin adından cavab verilib: “Əsassız, kimlərinsə fantaziyasının məhsullarına heç bir şərh olmayacaq. Bunu QMİ-nin dini mərkəz olaraq bəzi təriqətlərin ölkəmizdə radikal təbliğatına münasibətdə nümayiş etdirdiyi birmənalı mövqedən sonra idarənin ünvanına yönəlik qərəzli kampaniyanın davamı kimi dəyərləndiririk.”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar