Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QMİ və Dini Komitənin “haram oyunu” - günahkar “çadır mafiyası”...


Yas mərasimlərində niyə israfçılığın qarşısını almaq mümkün olmur?


 Fazil Mustafa: “Problem insanların din anlayışının zəifliyindədir...” 

Yas mərasimlərindəki israfçılıq cəmiyyətimizin ən ciddi problemlərindən biri olaraq qalır. Ölkənin ziyalısı, deputatı, naziri, jurnalisti belə danışanda yaslardakı dəbdəbədən, israfçılıqdan narazılığını dilə gətirir. Ölünün diriyə “yük” olmasından narazı olan hər kəs yas mərasimlərində yalnız çay süfrəsinin açılması ilə razıdır. Belədirsə, çoxluq buna qarşıdırsa, bəs niyə əməl edə bilmirik?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bununla bağlı son açıqlamasında deyilir: “Cəmiyyətimiz bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu altında ”əzilir". Ölmüş şəxsin ailəsini xərcə salmaq, ehsan vermək məqsədilə süfrə açmaq yalnız insanlar tərəfindən uydurulmuş mərasimlərdir. Yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, məclisləri aparan axund və imamların da üzərinə mühüm vəzifə düşür".

QMİ-nin mövqeyi isə belədir ki, dəbdəbəli toy və yas məclisləri sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaradır, verilən yemək çeşidləri israfa səbəb olur: “Mərasimlərin təşkili zamanı israfçılıq hallarının qarşısının alınmasında cəmiyyətimizin birgə səyləri, ictimai qınaq olduqca vacibdir. Bu məsələ, sadəcə, din xadimlərinin vasitəsilə deyil, eyni zamanda ağsaqqalların iştirakı ilə də həll olunmalıdır. Biz Naxçıvanda din və dövlət adamlarının mərasimlərdə ifrat əleyhinə keçirdiyi kampaniyanı dəstəkləyirik”.

Xatırladaq ki, 2014-cü ilin yay aylarında yas mərasimlərində israfçılığın qarşısını almaq üçün böyük kampaniya başladıldı. Paytaxt Bakıda və əksər bölgələrdə inzibati yollarla belə israfçılığın qarşısı bir müddət alındı. Amma davamı gəlmədi. Çünki bu kampaniya kimlərəsə sərf etmirdi. Mərasim zallarından, VİP çadırlardan gələn gəlirdən imtina etmək kimlər üçünsə elə də asan deyildi və olmadı da. Sanki cəmiyyət arasında ilahiyyatçılar, ziyalılar isfraçılığın əleyhinə danışdıqca “çadır mafiyası” buna qarşı çıxdı. 

Elə ilk sual da belə yaranırdı: “Niyə Şeyxin nəzarətindəki ”Təzəpir" məscidindəki mərasim zallarında israfçılığın qarşısı alınmır? Niyə 10-dan çox zalı olan “Təzəpir”də dövlət rəsmilərinin yaxınlarının belə yas mərasimlərində süfrəyə istənilən təam düzülməlidir? Məgər bu, QMİ-nin dediyi kimi, haram deyil?"

Cəmiyyət arasında haqlı olaraq yaranan bu suallar hələ ki cavabsız qalır. QMİ özünün haram buyurduğu əməllərdən çəkinmədiyi halda, xalq bunu necə izah edə bilər? Şeyx və onun idarəsi Naxçıvan modelini dəstəklədiyini açıqlayıb. Ancaq bu modelin geniş tətbiqi üçün heç bir addım atmayıb.

Naxçıvanda yas mərasimlərində israçılığın qarşısı necə alındı? Mərasimlərdə ehsan süfrəsinə çay, limon, xurmadan başqa heç bir təamnın düzülməməsi ilə bağlı Naxçıvan rəhbərliyi tərəfindən göstəriş verildi, vəssalam. Ancaq QMİ öz tabeçiliyindəki “Təzəpir” və “Heydər” məscidlərində dəbdəbəli ehsan süfrələrinə qadağa qoymaqda maraqlı deyil. Məlumat üçün bildirək ki, Bakıda ən yüksək qiymətə yas mərasimləri adlarını çəkdiyimiz iki məsciddə təşkil olunur. 

Dini Komitə isə əsas günahı “çadır biznesi” ilə məşğul olan işbazlarda da görür. Ancaq xeyir və şər adətləri ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə qanun layihəsinin qəbul edilərək tətbiq olunmasına böyük ehtiyac olduğunu deyən komitə nədənsə bu mövzu ilə bağlı QMİ-ni günahlandırmaq istəmir.

Mövzu ilə bağlı musavat.com-a danışan deputat Fazil Mustafa məsələnin həll yolunun tapılmamasının əsas səbəbini insanların din anlayışında olduğunu dedi: “Əksər insanlarda dinin mahiyyəti haqda məlumat yoxdur və ona görə də dinin tələblərini diqqətə almırlar. Ona görə də öz bildikləri adət-ənənəni tətbiq edirlər. Başqa bir səbəb isə insanların saxta din anlayışına sahib olmasıdır. Hər kəs başqasının görüntüsü əsasında həyatını yaşayır. Başqasına yaxşı görünmək üçün geyinir, keçinir. İnsan özünə yaraşanı düşünmür. Yas mərasimlərindəki israfçılıq də məhz bunlarla bağlıdır. Dünya görüşü, düşüncə burada böyük rol oynayır. İnsanlara izah edəndə ki, sən mahiyyətcə nə istəyirsən? Vəfat etmiş şəxsin xatirəsinin yad edilməsini istəmirsənmi? Yad edilmək nədir? İnsanlar gəlir başsağlığı verir və gedir. Yas mərasiminə gələn şəxs orada yemək yesə də, yeməsə də heç nə dəyişməyəcək. Buna görə də yas mərasimləri ilə bağlı danışılan məsələlər qanunla, qərarla deyil, xalqın dəyərlərinin, dinə baxışının dəyişməsi ilə mümkündür. Bu da olmasa, yəqin ki, bir yeniləşmə olmayacaq”. 

Deputat israfçılığın qarşısının inzibati yollarla da alına biləcəyini deyir. Lakin bunun əsas çıxış yolu kimi seçilməsinin əleyhinədir: “İnsanları inandırmaq yolu daha yaxşıdır”. “Çadr mafiyası”ndan danışan F.Mustafa qeyd etdi ki, həmin şəxslərin burada böyük maddi maraqları olduğundan təsir güclərini artırırlar: “Onlar inzibati və ya digər yollarla bu məsələnin həll olunmasına qarşıdırlar. Əldə olunan gəlir onların bu işə müdaxiləsini vacib edir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar