Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaçqın və məcburi köçkünlər haqda məlumat toplanıb


Litvanın Nikolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi araşdırma aparıb


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə AzərbaycanXəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” həyata keçirilməkdədir. 

AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, 2014-cü ilin III rübü üzrə Litvanın Nikolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi elmi tədqiqatın aparılması məqsədilə İnsan Hüquqları İnstitutunda araşdırma aparıb.

Aparılan elmi araşdırmanın əsas məqsədi erməni işğalı nəticəsində hüquqları pozulan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız haqda məlumat toplamaq və əldə olunmuş nəticəni beynəlxalq ictimaiyyətə çatdırmaq olub.
Sözügedən tədqiqatçı aidiyyəti qurumlarla görüşlər keçirib, İnsan Hüquqları İnstitutunun əməkdaşları ilə qaçqın və məcburi köçkünlər üçün salınmış Binəqədi rayonunda yerləşən şəhərciyi ziyarət edib və orada yaşayan ailələrə dövlət tərəfindən edilən yardım eyni zamanda göstərilən dəstəklə tanış olub.

Bu gün qeyd olunan proqram çərçivəsində regionla bağlı tədqiqatlar aparan litvalı təqdidatçının elmi araşdırmaların təhlili və gördüyü işlərin nəticəsi haqqında yekun təqdimat keçirilib. 
Təcrübə proqramının sonunda qeyd olunan iştirakçı proqramı başa çatdıraraq müvafiq sertifikatlarla təltif edilib.

AİDA və AMEA-nın İnsan Hüquqları İnstitutunun birgə həyata keçirdiyi bu tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar