Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib
PİA.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 3-də Biləsuvar rayonunun 6 saylı qəsəbə sakini Aynişan Vəliyevanı yaşadığı evdə elektrik cərəyanı vurub. Nəticədə A.Vəliyeva hadisə yerində ölüb.
Araşdırma aparılır
pia.az