Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadının üzünü dəyişdilər - Foto

Polşanın Lodz şəhərində yaşayan Yoanna adlı qadın özünü çox eybəcər hesab edirdi. Əslində, ona gözəl demək çox çətindi, çünki Yoannanın siması əyilmiş, qırışmış və normallıqdan çox uzaqlaşmışdı


Milli.Az European-a istinadən bildirir ki, Yoanna anadangəlmə neyrofibromatoz xəstəsi idi. Bu genetik xəstəlik orqanizmdə böyük şişlər yaradır.

Yoannanın üzü də şişlər ucbatından eybəcər vəziyyət almışdı. O danışanda, yeyəndə və su içəndə çox əzab çəkirdi.

Qlivits şəhərindəki Mariya Skladovskaya-Küri Universitetinin nəzdindəki Onkologiya Mərkəzinin cərrahları bu şişləri əməliyyat vasitəsilə kəsməyə və Yoannanın üz dərisini dəyişməyə qərar veriblər.

23 saat davam edən əməliyyat zamanı qadının üz dərisinin 80 faizi dəyişdirilib.

Üç il əvvəl keçirilmiş əməliyyat barədə heç bir məlumat verilməyib.

Həkimlər bərpa dövrünün başa çatmasını gözləyirdilər.

Dünən Yoanna mətbuat konfransı keçirib və jurnalistlərin qarşısına çıxıb. O, üzündəki çapıqlardan tam qurtulmasa da, çox dəyişib.

"Bu əməliyyatı eybəcərlikdən normallığa yol da adlandırmaq olar. Cərrahlar sanki möcüzəni gerçəkləşdirdilər. Onlara minnətdaram",  - Yoanna deyib.

Əməliyyata rəhbərlik etmiş plastik cərrah Adam Maçievski nəticələrdən çox razı qaldığını deyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar