Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqaz Müsəlmanları İdarəsindən jurnalistlərə xəbərdarlıq


“Bəzən narahatlıqlar yarananda deyirlər ki, Qafqaz Müsəlmanları İdarəsi hara baxır?”


“Radikallıq ictimai qaydanın pozulmasıdır. Dövlət orqanları bu barədə tədbirlər görür. Xürafatla da mübarizə aparılır. Bu istiqamətdə mətbuatın üzərinə ciddi məsuliyyət düşür. Çünki burada əsas tədbir maarifləndirməkdir”.

“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Aparat rəhbəri Simran Həsənov Bakıda “Dini radikalizm və xurafat - Bir medalın iki üzü” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

O vurğulayıb ki, Azərbaycan həssas böləgədə yerləşir, ona görə də mətbuat dini məsələlərdə ehtiyatlı olmalıdır: “Bəzi mətbu orqanlarda məzhəb ayrı-seçkiliyi salırlar. Yəni, sünni və şiə təriqətlərinə məxsus yazılar yazanda ehtiyatlı olmaq lazımdır. Bəzən narahatlıqlar yarananda deyirlər ki, Qafqaz Müsəlmanları İdarəsi hara baxır? Yəni, bunu deməzdən öncə, idarənin hüquqlarını, səlahiyyətini nəzərə almaq lazımdır. Haqlı iradlar varsa, biz dərhal araşdırma aparırıq və mənfi halı aradan qaldırırıq. Düşünürəm ki, dini mövzudan yazan jurnalistlər üçün kurslar təşkil edilməlidir”.

S.Həsənov qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi din adamları ilə görüşlər keçirir, onlara radikalizmlə bağlı nəzəri biliklər öyrədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar